İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda “İş Dünyası – Yüz İlin Zirvəsi” iqtisadi forumu keçirilir- YENİLƏNİB- FOTOLAR, VİDEO

653 13.07.2023 13:09 Siyasət A A

İstanbulda keçirilən “İş Dünyası – Yüz İlin Zirvəsi” forumu çərçivəsində 2-ci panel öz işinə yekun vurub. 

Musavat.com xəbər verir ki, gün ərzində tədbir iştirakçılarının iki istiqamətdə- Bilişim vadisi və Gebze organize sanayi bölgəsinə infoturu olacaq.  

***


İstanbulda keçirilən “İş Dünyası – Yüz İlin Zirvəsi” forumu öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, tədbir 13-14 iyul olmaqla 2 gün davam edəcək və Azərbaycandan müəyyən sektorlarda fəaliyyət göstərən iş adamları, İstanbulda eyni sektorlarda fəaliyyət göstərən iş adamları ilə görüşəcəklər.

Tədbirdə 13500 sahibkarın üzv olduğu MÜSİAD-dan, Sənaye və Ticarət odalarından, DEİK-dən, Türkiyədə fəaliyyət göstərən QHT-lərdən iştirakçılar qatılıb.

Tədbir İstanbulda, MÜSİAD-ın mərkəzi ofisində keçirilir. Tədbirdə “Yeni Müsavat” Media qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edir.

Bu gün keçirilən I panel müzakirələri zamanı  “Azərbaycan Türkiyə-mövcud iqtisadi əlaqələr inkişaf perspektivləri” mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Mövzu ilə bağlı MÜSİAD başqanı Mahmut Asmalı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)  İdarə Heyətinin sədri Orxan Məmmədov, KOSGEB rəhbəri Hasan Basrı Kurt, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, AR Baş Konsulluğunda ticarət nümayəndəsi  Tamerlan Tağıyev, KOB subyektləri və klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova çıxış ediblər.

Hazırda tədbirdə 2-ci panel keçirilir. 

2-ci paneldə “Azərbaycan və Türkiyə-ticari əməkdaşlıq və potensial investisiya imkanları” mövzusu ətrafında müzakirə olacaq. Müzakirələrdə DEİK Türkiyə-Azərbaycan İş Konseyi Başqan yardımçısı, ATİB başqanı Cemal Yangın, MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli, TÜİB başqanı Hüseyin Büyükfırat, PWN İstanbul kurucu üyesi, 2018-2013 dönəm başqanı Aylin Olsun, MÜSİAD vitse-prezidenti Abdurrahman Uzun çıxış edəcəklər.

Tədbirdən sonra qonaqların infoturu keçiriləcək.

Tədbir sabah da davam edəcək.

Qeyd edək ki, MÜSİAD və MÜSİAD Azərbaycan mütəmadi olaraq, Türkiyə və Azərbaycana qarşılıqlı investisiyaların cəlb edilməsi istiqamətində addımlar atır.

Xatırladaq ki, 2021-ci ildə Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF) keçirilib.
Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Musavat.com

t4gg.jpeg (333 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR