İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda dəhşət: İşlədiyi evdə uşaq dünyaya gətirib pəncərədən atdı - FOTO

465 01.02.2023 18:01 Hadisə A A

Türkiyənin İstanbul şəhərində qadın yeni dünyaya gətirdiyi uşağın ölümünə səbəb olub.

Musavat.com xəbər verir ki, Bahçelievlər rayonunda əcnəbi vətəndaş S.B. təmizlik işləri gördüyü evdə dünyaya gətirdiyi körpəni torbaya qoyaraq binanın bağçasına atıb.

Çağırış üzrə hadisə yerinə gələn polislər axtarışa başlayıblar. Uşağın həyatını itirdiyi məlum olub.

S.B. polis qrupları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma davam edir.

Qonşuların sözlərinə görə, qadın hamilə olduğunu gizlədib və artıq çəkisi olduğunu deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR