İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraillə ABŞ 25 ədəd F-35 üçün razılaşdı: 3 milyardlıq müqavilədə nələr nəzərdə tutulur?

399 04.06.2024 22:14 Dünya A A

İsrail Müdafiə Nazirliyi və ABŞ hökuməti İsrail Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün 25 yeni F-35 qırıcı təyyarəsinin tədarükü ilə bağlı razılıq əldə edib.

Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müqavilə “Lockheed Martin”şirkəti tərəfindən istehsal olunan 25 F-35 təyyarəsini, həmçinin dəstək və onlara texniki xidməti nəzərdə tutur. Təyyarələrin tədarükünə 2028-ci ildə başlanacaq, ildə üçdən beşə qədər təyyarə təslim ediləcək.

Məlumatda həmçinin müqavilənin dəyərinin 3 milyard dollar qiymətləndirildiyi və Amerikanın İsrailə yardım fondlarından maliyyələşdirildiyi bildirilir. Bu partiyada gətirilən F-35 qırıcıları İsrail Hərbi Hava Qüvvələrində bu təyyarələrin üçüncü eskadrilyasını təşkil edəcək.

Sövdələşməni şərh edən İsrailin müdafiə naziri Yoav Qalant onun “ABŞ və İsrail arasında strateji müttəfiqliyin gücünün daha bir təsdiqi” olduğuna inandığını bildirib: “Ən mühüm müttəfiqimizlə dərin əlaqəni zəiflətmək istəyənlərin olduğu bir vaxtda ABŞ ilə strateji və müdafiə əlaqələrimiz əhəmiyyətli dərəcədə güclənir və regiondakı bütün düşmənlərimizə güclü siqnal göndərir”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR