İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin dəhşətli taktikası üzə çıxdı: İran şokdadır – “Həftə içi” CANLI

1340 30.01.2023 14:49 Gündəm A A

Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın İrandakı zərbələrdə iştirak etmədiyini bildirib. “Reuters” xəbər verir ki, Rayder əlavə şərh verməkdən imtina edib. Adları çəkilməyən ABŞ rəsmiləri agentliyə deyiblər ki, ABŞ İranın İsfahan şəhərindəki hərbi zavoda pilotsuz təyyarə ilə hücumda iştirak etmir.

“Al Arabiya” telekanalının Amerika mənbələrinə istinadən verdiyi məlumata görə, İsfahandakı hərbi zavoda hücumda ABŞ Hərbi Hava Qüvvələrinin əli ola bilər.

Yanvarın 28-i axşam saatlarında İsfahanda güclü partlayış baş verib. İran Müdafiə Nazirliyi bunun pilotsuz təyyarələrin “uğursuz hücumu” olduğunu bildirib. İran mediası ən azı beş əyalətdə partlayışlar barədə yazıb. “Al Arabiya” telekanalı adı açıqlanmayan “İsrail mediasına” istinadla İsrailin İrana qarşı hərbi əməliyyata başlaması barədə məlumat yayıb.

Politoloq Xəqani Cəfərli bildirir ki, son iki gün ərzində baş verənlər - İran ərazisində hərbi obyektlərə və Suriyanın Əbu Kamal şəhəri yaxınlığında İrana məxsus 25 yük maşınından ibarət karvana zərbə endirilməsi terrorçu teokratik rejiminə qarşı hibrid müharibənin başladığını göstərir. “Əgər İran terrorçuluq fəaliyyətini davam etdirməyə, İsrail və ABŞ qüvvələrinə hücuma cəhd etsə, hibrid müharibə genişmiqyaslı müharibəyə çevrilə bilər”, - o deyib.

İki gündür İran hücumun hansı iqtisamətdən, necə həyata keçirildiyini və bu hücuma görə kimin dəqiqliklə məsuliyyət daşıdğını anlaya bilmir; Tehran rejimi şokdan ayılıb, özünə gəlib, hələ də bu hücumun necə reallaşdığını anlaya bilmir!
İrana sübut edildi ki, onun bir gecə içində ən strateji obyektlərini darmadağın etmək mümkündür. Hələ burda ballistik raketlər, strateji bombardmançılar iştirak etməyib – yalnız dronlardır. Məlum oldu ki, Ermənistan ərazisinin bütövlüyünü özünün ərazi bütövlüyü sayan İran nəinki işğalçı ölkənin, hətta özünün “qırmızı xəttini” qorumaq iqtidarında belə deyilmiş: İsrail bircə gecədə İranın “qırmızı xəttini” dronlarla “yaşıl”a çevirdi...

TVMusavat-ın saat 15:00-da canlı efirində “Həftə içi”nin aparıcısı Emil Salamoğlu İran-İsrail gərginliyi, Tehrandakı terror haqda siyasi ekspert Əziz Əlibəyli ilə söhbət edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR