İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Beyrutda Hizbullah-a hücumuna ABŞ icazə verməyibmiş

243 08.06.2026 09:15 Dünya A A

ABŞ İsrailin Beyrut ətrafındakı Hizbullah hədəfinə hücumuna icazə verməyib.

Musavat.com xəbər verir ki, məlumatı "Axios" jurnalisti Barak Ravid ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən verib.

Onun yazdığına görə, "Ağ Ev İsrailin Beyruta hücumuna icazə verməyib". Başqa bir mənbə ABŞ-ın "bununla heç bir əlaqəsi olmadığını" bildirib.

Ötən gecə İsrailin şimalı İrandan raket hücumuna məruz qalıb. İsrail ordusu bütün raketlərin tutulduğunu bildirib.

Bu, İsrailin Beyrutun ətrafındakı Hizbullah hədəfinə daha əvvəl endirdiyi zərbədən sonra baş verib. İsrail tərəfinin məlumatına görə, hücum Hizbullahın şimal İsraili atəşə tutmasına cavab idi. İran hakimiyyəti əvvəllər Livan paytaxtına zərbələr endiriləcəyi təqdirdə İsrailə qarşı qisas alacaqları barədə xəbərdarlıq etmişdi. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR