İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən SON DƏQİQƏ əmri: Qəzzanı TAM mühasirəyə alın! Qüds bombalanır... - CANLI

1471 09.10.2023 15:00 Son xəbər A A

HƏMAS İsrailin mərkəzi hissəsini atəşə tutmağa, Qüds və Təl-Əviv bölgələrinə hava zərbələri endirməyə başlayıb. İsrail KİV-i məlumat yayıb.

Qeyd olunan rayonlarda hava həyəcanı elan edilib. HƏMAS da öz növbəsində Qəzza zolağında mülki əhalinin evlərinin bombalanmasına cavab olaraq Təl-Əviv istiqamətində raket atmağa başladığını açıqlayıb.

İsrailin müdafiə naziri Qəzzanın tam mühasirəyə alınmasını əmr edib. “İsrail hərbçiləri ölkə ərazisinə nəzarəti bərpa etdikdən sonra HƏMAS-a qarşı hərbi əməliyyatın hücum mərhələsinə keçir”. İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib. “Hücuma keçdik. İsrail ordusu Qəzzada yüzlərlə terrorçunu məhv edib”, – o deyib.

HƏMAS-ın rəhbər şəxslərindən biri öldürülüb. “The Times of İsrael” nəşri yazıb. Nəşrin qeyd etdiyinə görə, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində HƏMAS təşkilatının siyasi rəhbəri Yəhya Sinvar öldürülüb.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR