İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail üslubunda SƏFƏRBƏRLİK

1515 13.10.2023 18:07 Son xəbər A A

İsrail bir neçə gün ərzində təxminən 400 min ehtiyat əsgəri səfərbər edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, döyüşmək istəyənləri ölkəyə gətirmək üçün reyslər çatışmır.

Hava limanlarında ciddi ajiotaj müşahidə olunur. Xaricdən ehtiyatda olan əsgərlərin kütləvi axını səbəbindən biletlərin qiyməti qalxıb. Nyu-York hava limanında bir ortodoks yəhudi bilet kassasında dayanaraq bütün ehtiyatda olan əsgərlərə bilet alıb və nəticədə 250 reysin pulunu ödəyib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, sərnişinlər ehtiyatda olan hərbçiləri qeydiyyat və təhlükəsizlik yoxlamalarına növbədənkənar buraxırlar. İsrailin "El Al" hava şirkəti 40 ildən sonra ilk dəfə şənbə günü əlavə uçuş həyata keçirib.

Bundan başqa, İsraildə məşhur isimlər cəbhəyə gedirlər. Bunlardan biri də israilli aktyor və rejissor Lior Razdır. Maraqlıdır ki, Raz çəkildiyi "Fauda" serialında ərəblərlə döyüşən israilli əsgəri canlandırır. Aktyor Ranen Maymon, Knesset üzvü Almoq Koen  və komediya ustası Qay Hoxman da cəbhə xəttinə gediblər. Kriminal avtoritet Şalom Domrani isə orduya xeyli miqdarda yardım edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR