İnsanlara hürriyət, millətlərə istiqlal!

“İsrail səddi 60 günə necə aşılacaq? - “ABŞ-İsrail razılaşmasına da ehtiyac var”

599 23.06.2026 00:29 Analitika A A

ABŞ-İran danışıqlarının ilk raundu bu gün keçirildi. Lakin belə görünür ki, İsrail baş naziri ABŞ-İran danışıqlarında bəzi razılaşmalardan narazı qalıb. Məsələn, o bəyan edib ki, Livanla bağlı ABŞ-İran razılaşmasını qəbul etməyəcək və İsrail Livanın cənubundan çəkilməcəyək. Bir çox beynəlxalq siyasi müşahidəçiyə görə yekun anlaşmaya ən böyük maneə İsrail olacaq.

Bəs bu əngəl necə və nəyin hesabına aşılacaq? ABŞ İsraili razı salmağı bacaracaqmı?

aydin-quliyev215.jpg (44 KB)

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, ABŞ-İran dazılaşmasına İsrailin mövqeyi hələ dəyişməyib:

“Çünki anlaşma memorandumunun imzalanmasından sonra da İsrail bu memorandumun Livan cəbhəsindəki vəziyyətə aid edilməyəcəyini israrla bildirmişdi. ABŞ-İran ikitərəfli müzakirələrinin ilkin mərhələsindən sonra da İsrail həmin mövqeyini təkrar elədi. Bu, o deməkdir ki, Amerika-İran razılaşmasının Livandakı prosesə aid edilib-edilməyəcəyi ilə bağlı İsrail hələ də inkarçı mövqedədir. Bu da Yaxın Şərqdə sülh prosesinin taleyini xeyli dərəcədə dəyişdirir. Faktiki olaraq İsrail ABŞ-a mane olmaq yolunu tutub. İran razılaşmalara Livanın aid edilməyəcəyi təqdirdə əldə olunmuş razılaşmalara əməl etməyəcəyini açıq şəkildə bəyan eləyib. Başqa sözlə desək, əgər atəşkəs Livana da aid edilməsə və İsrail qoşunları Livanın cənubundan çıxarılmasa ABŞ-İran razılaşmasının davam edəcəyindən müsbət nəticələnəcəyindən danışmaq tamamilə yersizdir”.

A.Quliyev qeyd edib ki, Yaxın Şərqdə dayanıqlı sülhün bərqərar edilməsi üçün ABŞ-İran razılaşmasından əlavə həm də ABŞ-İsrail razılaşmasına ehtiyac var:
“Çox təəssüf ki, İrana qarşı müharibə ilk əvvəl ABŞ ilə İsrailin birlikdə başlatdığı müharibə oldu. Lakin indi vəziyyət dəyişib. Artıq elə vəziyyət meyadana gəlib ki, sülh üçün həm də ABŞ-İsrail razılaşmasına ehtiyac yaranıb. Bu isə artıq İranın yox, ABŞ-nin problemidir. Vaşinqtonun Təl-Əvivlə razılıb əldə edib-etməyəcəyi bütün yaxın şərqdə sülhün taleyinə göstərən məsələdir. Burada ABŞ-nin diplomatiyası və hərbi təzyiqlərinin nəticələrini yəqin ki, görəcəyik. ABŞ İsrailə təzyiq göstərəcək. Bu təzyiqlərin İsrailin mövqeyində dəyişilik yaradıb-yaratmayacağı da qarşıdakı mərhələdə ortaya çıxacaq. Ancaq qarşıda bir risk var. Bu risk Amerika-Netanyahu müttəfiqliyinin pozulması formasında da özünü göstərə bilər. Həmçinin ABŞ-nin İsrailə dəstəyi, hərbi yardımı dayandırması formasında da özünü göstərə bilər. Əvvəldən də bir çox ağıllı insanlar deyirdi ki, İrana məsələsində Amerika ilə İsrailin məqsədləri fərqli olduğu üçün sonda onların müttəfiqliyi pozula bilər. Ona görə də Trampın indiki mərhələdə Netanyahu ilə görüşlərinin olacağı da mümkündür. Təbii ki, Tramp Netanyahunun ayağına gəlməyəcək, Netanyahunu öz ayağına gətirməyə çalışacaq. Netanyahu ABŞ-nin istəkləri ilə razılaşmasa bu, İsrailin döyüş meydanında təklənməsinə gətirib çıxara bilər. Amma yəqin ki, İsrailin və ABŞ-nin ağıllı qüvvələri belə vəziyyətin yaranmağına imkan verməzlər. Son anda Netanyahunu bir siyasi fiqur olaraq İsrail siyasətində xərcləmək bahasına olsa da İsrailin ABŞ-nin planları ilə razılaşmalı olacaq”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR