İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzadakı əməliyyatların yeni mərhələsinə başlayacaq - ŞƏRH

455 14.04.2024 14:24 Siyasət A A

Aprelin 14-ü gecəsi İranın İsrailə qarşı apardığı 5 saatlıq hücum əməliyyatı dünya mediasının əsas gündəmidir. Cənub qonşumuzun başlatdığı savaşın gözlənildiyindən tez yekunlaşması daha çox müzakirələrə yol açıb.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bununla bağlı ilginc bir iddia ilə çıxış edib.

sehla son.jpg (273 KB)

O hesab edir ki, cinayətkarlar əlbirdir:

“İran həqiqətən İsraillə savaşırmı?

Bir cinayət digərini ört-basdır etmək üçün törədilirsə, deməli, cinayətkarlar əlbirdir.

Dünya bölünür…

İsrailin Qəzzada törətdiyi dəhşət ilə Ukraynada yaşanan müharibə cinayətlərini unutduq. Qəzzadakı vəhşəti isə İranın İsrailə “hücumu” ilə “unudarıq”.

Nə “hücum”muş amma?! 6-7 saata çatacaq deyilən dronlar, çatmadan göydə zərərsizləşdirilən raketlər və ən əsası, zərərsizləşdirilməyən raketlərin İsraildə düşdüyü yer - ərəblərin məskunlaşdığı cənub əraziləri.

İranın da, İsrailin də əzəli və əbədi rəqibləri - ərəblər. Bəlkə İslam?! İran “İslam”a bürünməklə, əslində Peyğəmbərin sünnəsinə rəqib olaraq İsrailoğulları layihəsi kimi yaradılan firqə - “şiə”lər vasitəsilə dini parçalamaqla 7-ci əsrdən bu günədək davam edən siyasi oyunların iştirakçısıdır. İslamın ən qüdrətli dövləti - Osmanlı dövründə də İran onunla rəqabət aparırdı. Bu gün də əsl İslamın qüvvətlənməməsi üçün bütün bölücü firqələrin yaradıcısı İran, dəstəkçisi isə layihə rəhbərləridir - dünyanın bölücüləri.

Bundan sonra İsrail rahatlıqla Qəzzadakı əməliyyatların yeni mərhələsinə başlayacaq”.

Şəhla Cəlilzadə “Bütün bunlar ölkəmiz üçün nə kimi əhəmiyyət daşıyır?” sualına isə belə cavab verib:

“Ən əsası, iki od arasında qalmamaqdır. Bunun üçün heç bir tərəfə nə poliqon, nə güzərgah, nə dəstəkçi olmalıyıq. Əsas məsələ üçrəngli bayrağımızın silahların tüstüsündə boğulmayan masmavi səmamızda əbədi dalğalanmasıdır. Siyasətdə dost da, düşmən də yoxdur, yeganə var olan maraqlardır”.

Xatırladaq ki, İsrail ordusu aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hava hücumu həyata keçirib. Hadisə nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ikisi general olmaqla, 7 üzvü həlak olub. Hücumdan 13 gün sonra İran cavab addımı atıb.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR