İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail “Hizbullah”ı da BOMBARDMAN etdi, 9 BMT işçisi öldü, savaş böyüdü - CANLI

1482 11.10.2023 15:49 Son xəbər A A

İsrail “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib. Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Livan ərazisindən İsrailə bir neçə dəfə raket hücumları olub.

“Hizbullah” qruplaşması oktyabrın 11-də Livanın cənubunun bombalanmasına “cavab” olaraq İsrailin mövqelərinə raket zərbəsi endirdiyini açıqlayıb. İsrail ordusu Livan ərazisinin atəşə tutulmasını rəsmən təsdiqləmir.

İsrail ordusu 1200 ölü və 2800 yaralı olduğunu bildirir. Ölənlər arasında ölkə ordusunun 169 əsgəri də var. Həmçinin iki Ukrayna vətəndaşı, 11 Amerika vətəndaşı, bir Almaniya vətəndaşı və bir Rusiya vətəndaşı da ölüb.

Fələstin tərəfi Qəzza zolağında azı 1055 ölü və 5000-dən çox yaralı olduğunu açıqlayıb. Məktəblərə və tibb müəssisələrinə ziyan dəydiyi deyilir.

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 9 BMT əməkdaşı həlak olub. “Asoşeyted Press” agentliyinə BMT-nin rəsmi nümayəndəsi məlumat verib.

“BMT-nin 9 əməkdaşı həlak olub. Onlar İsrail təyyarələrinin yaşayış binalarını bombalaması nəticəsində həlak olublar”, - məlumatda deyilir.

Milli Təhlükəsizlik naziri və ifrat sağçı lider İtamar Ben Qvir Sderot polis bölməsinə səfəri zamanı polis komissarına "Divarların Mühafizəçisi 2" ssenarisinə hazır olmağı tapşırıb.

Sözügedən ssenari özündə 2021-ci ildə Həmas ilə münaqişəni müşayiət edən qarışıq yəhudi-ərəb şəhərlərində baş vermiş icma iğtişaşlarının təkrarlanması ehtimalını nəzərdə tutur.

Nazirlikdən bildirirlər ki, ərəblərin yəhudi-ərəb qarışıq şəhərlərində iğtişaşlar törətməsi ehtimalı istisna edilmir.

Ben Qvir bazar ertəsi sərhəd qəsəbələrində, İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində və yəhudi-ərəb qarışıq şəhərlərində mülki təhlükəsizlik qruplarına avtomatik tüfənglər paylanacağını elan edərkən oxşar şərhlər edib.

Gündəlik “Maariv” qəzetinin yazdığına görə, yüksək vəzifəli hökumət rəsmiləri nazirin şərhlərinə görə tənqid edərək, onu “məsuliyyətsiz insan” adlandırıb və “özünü yığışdır” deyiblər.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Qarabağ və Qəzzanı təhlükəsizlik eksperti Alp Arslan İmamqulu ilə müzakirə edir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR