İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail HƏMAS-a qarşı genişmiqyaslı hücuma başladı

3634 10.10.2023 14:04 Son xəbər A A

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti rəsmi teleqram kanalında məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terror təşkilatı HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı əməliyyata başlayır", - məlumatda deyilir.

Həmçinin bildirilir ki, bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus qırıcı təyyarələr Qəzza zolağında HƏMAS-ın bir sıra hədəflərinə, o cümlədən silah anbarına və hərbi kompleksə zərbələr endirib.

Bundan əlavə, İsrailə qarşı terror hücumlarını istiqamətləndirmək üçün istifadə edilən Cəbəliyyədəki komanda-nəzarət məntəqəsi də vurulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR