İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu - VİDEO

2264 04.06.2026 04:56 İdman A A

"Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Gülerin vurduğu qol İspaniya çempionatının 2025/26 mövsümünün ən gözəl qolu seçilib.

21 yaşlı türkiyəli futbolçu bu uğura La Liqanın 28-ci turunda "Elçe"yə qarşı keçirilən oyundakı möhtəşəm qoluna görə layiq görülüb.

Martın 14-də "Elçe"ni doğma meydanında qəbul edən "Real Madrid" 4:1 hesablı qələbə qazanıb. Matçda son nöqtəni 89-cu dəqiqədə meydanın özlərinə aid hissəsindən zərbə endirən Gülər qoyub.

Nəticədə top qonaqların qapıçısının üzərindən aşaraq tora daxil olub.//Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR