İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıllıda dəhşətli QƏZA: ölən və yaralananlar var

1198 28.10.2022 09:45 Hadisə A A

İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüb, ölən və yaralananlar var.

Musavat.com "Report"a istinadən xəbər verir ki hadisə İsmayıllı rayonunda qeydə alınıb.

Belə ki, rayonun İvanovka kəndinə gedən asfalt yolda 1958-ci il təvəllüdlü Abdullayev Fazil Firudin oğlu idarə etdiyi "Kia Sorrento" markalı avtomobillə yaşadığı Soltan kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirərib. Avtomobil yolun kənarına çıxaraq aşağı yuvarlanıb.

Nəticədə avtomobildə olan həyat yoldaşı 1961-ci il təvəllüdlü Abdullayeva Fatma Xasay qızı hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Ələkbərova Nübar müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR