İnsanlara hürriyət, millətlərə istiqlal!

“İrəvanın ermənilərə verilməsi ilə bağlı qərar ləğv olunmalıdır” - Tarixçi alim

2733 25.09.2023 17:59 Siyasət A A

Milli Məclisdəki Qərbi Azərbaycanla bağlı dinləmələrdə çıxış edən Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov ilk olaraq İrəvanın ermənilərə paytaxt kimi verilməsindən danışıb.

Musavat.com-un məlumatına görə, tarixçi alim Ermənistana qarşı tutarlı arqumentlər səsləndirib.

Bildirib ki, 1918-ci il mayın 29-da İrəvanın güzəşt edilməsi haqda qərar qəbul edilərkən Azərbaycan xalqının mövqeyi nəzərə alınmayıb:

“Arxivləri araşdırarkən xalqımızn fikrini təsdiq edən heç bir sənədə rast gəlmədik. Həmçinin bu mövzunun müzakirəyə çıxarıldığı iclasda Milli Şuranın üzvü olan 44 nəfərdən 22-si iştirak edib. İştirak edənlərin sayı 28 nəfər göstərilsə də, adbaad baxdıqda, 22 nəfərin olduğu aydınlaşır. Qəsdən say 28 göstərilib. İrəvandan olan 3 deputat iki dəfə etiraz etsə də, onların etirazı nəzərə alınmır. 44 nəfərdən 16 nəfər “hə”, 1 nəfər “yox” deyib, 3 nəfər bitərəf qalıb. Ona görə də bu məsələyə yenidən baxmağa ehtiac var. Biz Xalq Cümhuriyyətinin varisiyiksə, bu məsələyə təkrar baxmalıyıq. İrəvanın ermənilərə verilməsi haqqında qərar ləğv olunmalıdır!” C.Bəhramov onu da bildirib ki, Azərbaycan Demokratik Respublikası işğal ediləndə Azəraycanda 48 min nəcər güllələnib, 12 general, o cümlədən Cümhuriyyət qurucularımız. 21-ci il iyulun 15-dək Qərbi Zəngəzurun 4500 kv.km-lik ərazisi Azərbaycan xalqının rəyi soruşulmadan Ermənistana verilib. Buna da hüquqi nöqteyi-nəzərdən diqqət yetirilməlidir. 1926-28-ci illərdə SSRİ hökumətinin, Levon Mirzoyanın iştirak ilə 20.8 min kv.km ərazi yenə də Ermənistana verilib. Həmin məsələlərə də baxılmasına və qərarların ləğv edilməsinə ehtiyac var”. Tarixçi alim bütün əsasların mövcud olduğunu söylədi. “Rusiya Dövlət Dumasının nümayəndələri də bizimlə söhbət zamanı bildirdilər ki, Ermənistan deyilən bir qurum beynəlxalq hüquq nöqteyi-nəzərdən qeyri-qanunidir. Hüquqi, tarixi əsasımız var ki, bu məsələyə baxıb, qərar qəbul edək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR