İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda Uelsli azarkeşlər saxlanıldı -FOTO

755 19.11.2023 20:15 Son xəbər A A

İrəvanda keçirilən Ermənistan-Uels oyununa 1200-dən çox Uelsli azarkeş gəlib.

Musavat.com Sfera.az-a istinadən xəbər verir ki, 32 Uelsli azarkeşin Ermənistan polisi tərəfindən saxlanıldığı, lakin sonradan sərbəst buraxıldığı bildirilir.

Uels Futbol Assosiasiyası azarkeşlərin həbsində Xarici İşlər Nazirliyinin əli olduğunu təsdiqləyib.

Uels Futbol Assosiasiyasının bəyanatında deyilir:

“Asossasiya İrəvandakı azarkeşlərimizlə bağlı vəziyyətdən xəbərdardır. Müntəzəm müzakirələr aparırıq."

Bəzi Uelsli azarkeşlər İrəvanda baş verənlərlə bağlı jurnalistlərə açıqlamalar veriblər. Lefi Gruffudd da bir qrup dostu ilə birlikdə həbs olunub. O, baş verənləri təsvir edərək, bunun tam bir şok olduğunu bildirib.

Başqa bir azarkeş 25-ə yaxın Uelsli tərəfdarın divara söykədildiyini, bu zaman polisin onları altı aya qədər həbs cəzası gözləməsi ilə bağlı sözlər dediyini bildirib.

"Biz üçümüz dünən gecə saatlarında otelə doğru gedirdik. Polis maşınları düz yanımıza gəldi, bizi öz maşınlarına mindirib apardılar. Bu gün günorta saat 3.30-a qədər həbsdə saxlanılmışıq"-deyə Gruffudd bildirib.

“Gecə boyu nə su, nə telefon olmayıb. Bizimlə təhqiramiz rəftar etdilər. Nə üçün həbs olunduğumuz barədə heç bir izahat verilməyib.

Qeyd edək ki, azarkeşlərdən əksəriyyətinin cümə günü həbs olunduğu güman edilir. Onlardan bəziləri şənbə günü yerli vaxtla 15:00-da sərbəst buraxılıb.

Xatırladaq ki, cümə günü Uelsli qadın azarkeşi erməni sürücünün ona ödəniş etmək əvəzinə seks təklif etməsi ilə bağlı narazılığını ifadə etdiyindən sonra Yerəvanda Uelsli azarkeşlərin həbsləri başlayıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR