İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda atışma: Deputatın avtomobili...

488 15.03.2024 11:10 Hadisə A A

Ermənistanın paytaxtı İrəvanda atışma olub.

Musavat.com "Shamshyan.com"a istinadən xəbər verir ki, hadisə ilə bağlı saat 00:20 radələrində polis şöbəsinə məlumat daxil olub.

Polis hadisə yerində müxtəlif növ odlu silahlara aid gilizlər, partlayan qumbaranın hissələri, qan izləri, o cümlədən atəş nəticəsində zədələnmiş millət vəkilinə məxsus avtomobili aşkar edib.

Məlum olub ki, iki vətəndaş hadisə yerindən İrəvan xəstəxanalarına aparılıb.

Xəstəxanadan bildirilib ki, zərərçəkənlər əməliyyat otağında olduqları üçün baş verənlərlə bağlı izahat verə bilmirlər.

Hadisənin baş vermə şəraiti və zərərçəkənlərin kimliyi açıqlanmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR