İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda 44 günlük müharibənin iştirakçısı HƏBS EDİLDİ

656 01.06.2024 09:15 Region A A

Ayakve təşəbbüsünün idarə heyətinin üzvü və 44 günlük müharibənin iştirakçısı David Aristakesyan kütləvi iğtişaşların təşkilində qondarma ittihamlarla saxlanılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə radikal təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Biz dostumuzun həbsini qətiyyətlə pisləyirik və onun vaxtından əvvəl azadlığa buraxılması üçün çalışacağıq", - məlumatda qeyd olunub.

Xatırladaq ki, mayın 31-də Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında toqquşma baş verib. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, etirazçılar polisə daş, su qabları və digər əşyalar atıblar. 28 etirazçı həbs edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR