İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan qarışır: Paşinyan devrilsə nələr olacaq? Qabil Hüseynli CANLI-da

588 04.05.2022 15:22 Gündəm A A

Ermənistanın paytaxtı İrəvanda vətəndaş itaətsizliyi ilə müşayiət olunan etiraz aksiyaları davam edir. Müxalifət tərəfdarları səhər saatlarında şəhərin bir çox körpü və yollarını bağlayıb. Belə ki, aksiya iştirakçıları İrəvanın “Kiyev” körpüsünü betonqarışdıran maşınlarla bağlayıb. Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Onlar yolu açmağa cəhd göstəriblər.

Bundan başqa, Baqramyan prospekti və Orbeli küçəsi də bağlı qalır. Etirazçılar “Nikolsuz Ermənistan” şüarı səsləndirirlər.

İrəvanda müxalifət tərəfdarlarının bağladığı bütün yollar açılıb. “Səhər yük maşınları bəzi yolları bağladığı üçün onların hərəkətində məhdudiyyət yaranmışdı. Polis əməkdaşları maneələri operativ şəkildə aradan qaldırıb”, - İrəvan şəhər polisinin açıqlamasında bildirilib.

TVMusavat-ın canlı efirində “Həftə içi”nin qonağı professor Qabil Hüseynli ilə Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalını müzakirə edirik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR