İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan meri məzələndi: “Facebook-a İrəvandan daha çox qar yağıb”

568 30.01.2024 18:21 Region A A

“Mülki müqavilə” fraksiyası ilə İrəvan meri Tiqran Avinyan arasında qapalı görüş keçirilir.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Görüş saat 15:00 radələrində başlayıb və hələ də bitməyib.

Bundan əvvəl xəbər verilmişdi ki, bu gün Milli Assambleyadakı “Mülki müqavilə” fraksiyası İrəvan meri Tiqran Aviniyanı görüşə dəvət edib. Səbəb isə son günlər yağan qar səbəbindən vətəndaşların xeyli narazılığının olmasıdır. Bildirilir ki, İrəvanda qarın təmizlənməsi ilə bağlı vəziyyət heç də ürəkaçan deyil.

Bundan əlavə, son vaxtlar “Mülki müqavilə”nin üzvləri ilə Tiqran Avinyan arasında bu yaxınlarda müzakirə olunan bir çox məsələlər, o cümlədən tennis kortlarının sökülməsi məsələsi ilə bağlı fikir ayrılıqları yaranıb.

Tənqidlərə ironiya edən Avinyan bir gün əvvəl vətəndaşların qarın təmizlənməsi ilə bağlı tənqidinə münasibət bildirərək deyib ki, “Facebook-a İrəvandan daha çox qar yağıb”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR