İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda İrana qarşı ETİRAZLAR BAŞLADI

1025 21.01.2024 19:08 Dünya A A

İraqın Duhok şəhərinin Zaxo rayonunda çoxlu sayda insan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbilə qarşı ballistik raket hücumlarına etiraz etmək üçün toplaşıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə insanın qatıldığı nümayişdə İranın hücumunda həyatını itirən iş adamı Peşrav Dizayi və 1 yaşlı qızı Cinanın fotoları qaldırılıb.

1705383030760-pesrev-dizeyi-1024.jpg (32 KB)

Nümayişdə iştirak edənlər kürd və fars dillərində “Bizi öldürə bilərsiniz, amma bizi təslim edə bilməzsiniz”, “Qadın və uşaqları öldürmək qürurlanacaq bir şey deyil”, “Allah bütün zalımlardan güclüdür” yazılı pankartlar qaldırıblar.

Nümayişdə Zaxo mahalının valisi Quhdar Şeyho da iştirak edib. O, çıxışında "Biz sülh tərəfdarıyıq. Bu, Ərbilə edilən terror hücumudur. Zaxo xalqının mesajı BMT, İraq hökuməti və beynəlxalq ictimaiyyətə çatdırılacaq", - deyib.

Eyni zamanda, İranın hücumlarına Ərbil və Duhokda da etiraz edilib. Ticarət və Sənaye Palataları İran mallarının idxalı və istifadəsini boykot etməyə, bu ölkə ilə iqtisadi və ticarət əlaqələrini dayandırmağa çağırıblar. Hücumdan sonra hər iki şəhərdə 3 günlük matəm elan edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR