İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın “terror və casus şəbəkələri” siyasəti - Tehran İŞİD rolunda

762 16.03.2023 12:15 Siyasət A A

Dünya İrandan sivilləşməyi tələb etdiyi bir vaxtda, Tehran daha radikal bir görkəm alır və faktiki olaraq “terror və casus şəbəkələri” siyasətini daha da önə çıxarır.

Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu, terrorçu, işğalçı Ermənistanı özünə bölgədə portnyor seçməsi, Azərbaycandakı casus şəbəkəsini hərəkətləndirməyə çalışması, sərhədlərimiz üzərində hərbi təyyarələrin uçuşunu həyata keçirməsi və s. bu deyilənlərin təsdiqidir.

Bu arada Tehran Azərbaycan vətəndaşı, Almaniyada tələbə olan Fərid Səfərlini də oğurlayıb və girov saxlayır. Onun başına hansı işlər gətirmələrinə dair heç bir açıqlama da vermirlər.

Yeri gəlmişkən, bugünlərdə təhlükəsizlik eksperti İlham İsmayıl bir məsələni də açıqlayıb ki, İran son vaxtlar cidd-cəhdlə Avropada azərbaycanlıları müxtəlif yollarla, şantajla, pulla şirnikləndirməklə, beyinyuma ilə casus şəbəkəsinə qoşmaq üçün hərəkətlənib.

Faktiki olaraq İran elə bir radikal kurs seçib ki, bunu aşağı-yuxarı İŞİD-in fəaliyyətinə bənzətmək mümkündür.

İran niyə belə davranır? Onun qorxusu, qarnının ağrısı nədəndir? Başını itiribmi, yoxsa bununla - bölgədə təxribatçı mövqe tutmaqla dünyaya hansısa mesajlar verir? Və bu proseslərin sonu necə görünür, bu əməlləri İrana nə vəd edir? Haradək davam edə, irəliləyə biləcək?

Milli Məclisin deputatı Arzu Nağıyev seçicilərinə bayramqabağı ərzaq  yardımı edir (FOTO)

Arzu Nağıyev: “Azərbaycanın təhlükəsizliyinə qarşı hər hansı bir təhdidin qarşısı cidd-cəhdlə alınacaq”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev cənub qonşumuz tərəfindən təhlükəsizliyimizə qarşı olan hər bir təhdidin qarşısının qətiyyətlə alınacağını bildirdi: “İran xüsusi xidmət orqanlarının son vaxtlar ifşa olunan agentura şəbəkəsi onların bir neçə istiqamətdə ölkəmizə qarşı təxribatlarının davam etdiyinin sübutudur. Bu rejim dini qurumlar vasitəsilə çalışır ki, iş görsün. Eyni zamanda əsas məram və məqsədləri saxta bir İslam dövlətinin yaradılmasıdır. Burada əsas söhbət də bundan gedir. Cənub qonşumuz enerji təhlükəsizliyimizə təhdidlər yağdırır. Enerji strukturlarımızla bağlı məlumatlar əldə edərək, hətta bu məlumatları Ermənistana belə ötürməyə çalışır və bunu ötürür də. 44 günlük Vətən müharibəmizdə bunun sübutu də var. Sərhəddə hərbi təlimlər keçirir, Tehrandakı səfirliyimizə hücum təşkil etdirir və s. Bütün bu məsələlər bir daha göstərir ki, İran təxribatlarından geri qalmır. Hətta sual oluna bilər ki, onlar müharibəmi istəyir, xeyr, onlar bunu istəmirlər. Çünki keçirdiyi hər hansı bir təlimlərdə belə hiss etdi ki, Azərbaycan tək deyil, onun yanında Türkiyə var. Azərbaycanın bir sıra xarici dövlətlərlə çox ciddi hərbi əlaqələri var. Ona görə də cənub qonşumuz bu əməllərini həyata keçirə bilməz. Bütün təxribatlara qarşı peşəkar, layiqli cavabları Azərbaycan tərəfi verir. Amma yenə də onlar öz əməllərindən əl çəkmirlər. Son olaraq, hərbi təyyarələrinin sərhəd boyunca uçuşu, vizual kəşfiyyatın aparılması qonşuluq münasibətlərinin pozulması deməkdir. Bəhanə də ondan ibarətdir ki, Zəngəzur dəhlizi açılsa, guya hansısa ölkənin nümayəndələri gəlib burada iştirak edə bilər. Məlumdur ki, 30 ilə yaxın müddətdə İran-Azərbaycan sərhədinin 130 kilometrə yaxını açıq olub. Bu dağıdılan, uçurulan, təxribata məruz qalan ərazimizdən hətta tikinti materialları belə İran vasitəsilə daşınıb. Bütün bunlar bir faktdır. Əsir və girovlardan burada istifadə olunub. Ermənistanda dağıdılan məscidlərimiz olub, orada donuz saxlayıblar. İran tərəfindən bu haqda hər hansı bir bəyanat olmayıb. Sərhəd açıq olub, qaçaqmalçılıq, narkotik daşıması, yanacaq sürtgü materiallarının, Xəzər dənizinin İran sektorunda olan ərazisindən qaçaqmalçılıq yolu ilə qara kürünün Ermənistan brendi adı altında daşınması kimi hallara yol verilib. Bu gün bunların qarşısı alınıb və bu da böyük qıcıq yarada bilər. Bu proseslərdən istifadə edərək təxribat fəaliyyətlərini genişləndirməklə, Ermənistanda özünün müttəfiqliyini büruzə verməklə Azərbaycana qarşı bu addımları atmaq nə qonşuluğa, nə də islami dəyərlərə sığmır. Bu baxımdan düşünürəm ki, xüsusi xidmət və hüquq-mühafizə orqanları əməliyyat şəraitinə nəzarət edir. Hara qədər davam etsə, ora qədər də onun qarşısı alınacaq. Eyni zamanda xüsusi xidmət orqanlarının dəst-xəttidir ki, cəlbetmələr həyata keçirsinlər. Bu cəlbetmələr də maddi yolla daha çox həyata keçirilir. Az olsa da bu metoddan da istifadə olunur. Məlumdur ki, vətənə sevgi, aşağılayıcı məlumatlar, birdəfəlik yardım, müalicə və s. vasitələrlə insanları cəlb etməyə çalışırlar. Burada ideya məsələsini ortaya atırlar. Müxtəlif təriqətləri, dini qurumları qarşı-qarşıya qoymağa çalışırlar. Bütün bunların da qarşısı təbii ki, alınır və alınacaq da. Azərbaycan islami dəyərləri çox sevən, bu dəyərlərə hörmətlə yanaşan dünyəvi bir dövlətdir. Onun xüsusi xidmət orqanları da, vətəndaşları da, hüquq-mühafizə orqanları da bu istiqamətdə əlindən gələni edəcəkdir. Azərbaycanın təhlükəsizliyinə, konstitusiyasına qarşı hər hansı bir təhdidin qarşısı cidd-cəhdlə alınacaq”.

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı 

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı molla rejiminin süquta məhkum olduğunu proqnozlaşdırır: “İran terror dövlətidir. Əhalisinin böyük əksəriyyəti yoxsulluq səviyyəsindən də aşağı yaşamağından asılı olmayaraq, molla rejimi hər il dövlət büdcəsindən milyardlarla dollar vəsaiti terror və casus şəbəkələrinə xərcləyir. Azərbaycan öz müstəqilliyini ikinci dəfə bərpa edəndən sonra molla rejimi bütün casus şəbəkəsi ilə əleyhimizə fəaliyyət göstərir. Düşmən Ermənistana hər cür dəstək verir. Tehran rejimi müstəqil Azərbaycanı özü üçün ən böyük təhlükə sayır. Çünki bilir ki, Bütöv Azərbaycanı iki hissəyə bölən tərəflərdən biridir. Digəri Rusiyadır. 40 milyonluq Cənubi Azərbaycan da öz müstəqilliyinə qovuşsa, Şimali Azərbaycanla birləşib 50 milyonluq Bütöv Azərbaycan bərpa olunacaq. Bu gün bölgədə daha qüdrətli Azərbaycanın olmasını bir-birinə antaqonist qüvvələr, Amerika, İran və Rusiyada istəmir, arzulamır. Dəfələrlə şəxsim tərəfimdən sosial şəbəkədə, mediada, tv efirlərdə çağırışlar etmişəm ki, bu gün İrana heç bir vətəndaşımız səfər etməməlidir. Səfirliyimizə olunan terror bir daha onu sübut etdi ki, mollalar hər cür terrora əl atmağa qadirdir. Son günlər Azərbaycanın həm Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, hörmətli general Əli Nağıyevin, həm də daxili işlər naziri, hörmətli general Vilayət Eyvazovun Azərbaycanda mütəşəkkil İran casus şəbəkələrini ifşa etdiklərinin şahidi oluruq. Güc strukturlarına rəhbərlik edən şəxslər kifayət qədər peşəkar və öz xalqını sevən milli kadrlardır. Bəlkə ictimaiyyətə bəlli olmayan hadisələrin də qarşısını alırlar. Bütün bunları İran dövlət siyasəti olaraq həyata keçirir. Tələbəmizin yoxa çıxması da İranın Azərbaycana təhdididir, hədə-qorxusudur. İran öz rejiminin dağılmasından qorxur. Amansız rejim qurub və düşünür ki, asmaqla, həbsə atmaqla, əlini kəsməklə öz hakimiyyətlərini uzun müddət davam etdirə biləcəklər. Ancaq bu qeyri-mümkündür. Ən amansız rejim olan SSRİ belə öz mövcudluğunu saxlaya bilmədi. SSRİ İran molla rejimindən də amansız idi. Yaxud da Avqust Penaçet rejimi. Bunların hamısı tarixin zibilliyinə qovuşdu. İran molla rejimini də bu aqibət gözləyir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR