İnsanlara hürriyət, millətlərə istiqlal!

"İranın müttəfiq saydığı Ermənistan onun özünə əsl təhlükə mənbəyidir" - Hərbi ekspertdən İLGİNC ŞƏRH

1129 30.09.2022 22:15 Gündəm A A

"İranın müttəfiq saydığı Ermənistan onun özünə əsl təhlükə mənbəyidir".

Musavat.com xəbər verir ki,  bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində hərbi ekspert Alp Arslan İmamqulu deyib. 

O bildirib ki, mövcud vəziyyətdə İranın içində bir bölünmüşlük, müxtəlif fikirlər səsləndirənlər var. İrandan Azərbaycana qarşı təhdid dolu fikir səsləndirənlərlə yanaşı, həm də anlayırlar ki, onların güya müttəfiqlik etdiyi, dəstək olduğu Ermənistan özü bu gün İran üçün ciddi bir təhlükə qaynağıdır: "Başda ABŞ-ın Rusiyaya alternativ olaraq İrəvana yerləşməsinin özü mütləq sürətdə İranı nəzərə alaraq atılacaq bir addım olacaq və İran da bunun fərqindədir. Sirr deyil ki, Ermənistanın tarixdə daima müttəfiqlərinə qarşı xəyanət edən bir siması olub. Bunu Rusiya da, Türkiyə də və biz Azərbaycan da bilirik".

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Tv Musavat "Youtube" linki: https://www.youtube.com/user/TVmusavat

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR