İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranın hər kəndini, şəhərini bütün xalqımıza öyrətməliyik ”- Zahid Orucdan sensasion çıxış

1220 01.02.2023 12:33 Siyasət A A

"Bəyənmədiyiniz bolşeviklər və böyük mütəfəkkir Nəriman Nərimanovun İranda Azərbaycan milli dövlətini qurmaq üçün..."


Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Tarixi torpaqlar haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı fikirlər səsləndirib.

Musavat.com-un məlumatına görə Zahid Oruc çıxışında bildirib ki, “Tarixi torpaqlar haqqında” qanun layihəsinin qəbulu zərurətə çevrilib:

 “Dünyanın müxtəlif ölkələrində mövcud olan konseptual hüquqi sənəddən danışırıq, çünki Azərbaycan Vətən müharibəsində qələbədən sonra yeni milli və siyasi kimlik qazanıb. Dövlət yeni ideoloji hədəflər qarşısına qoyub. 30 il ərzində bütün dünya azərbaycanlılarını birləşdirən Qarabağ idealı Zəfərdən sonra yeni hədəflərə daşınır. Lakin ölkə rəhbərinin ADA beynəlxalq konfrasında bəyan etdiyi bir tarix, bir dil və bir millət quruculuğu dövlət və ictimai institutlarının qarşısına qoyduğu hədsiz vəzifələr qoyur.

-87475f2c160309253447409525510264445.jpg (446 KB)

İndi, İranda son hadisələrə qəzəb və hiddət fonunda cənubda yaşayan 30 milyondan çox azərbaycanlıdan öz qan qardaşları ilə birlik, həmrəylik göstərmələrini tələb edirik, Məhsa Əminin qətlində olduğu kimi, bütün İran xalqından Orxan Əsgərovun xain qatilini linç etməyə çağırırıq. Lakin biz obyektiv təhlillər aparmasaq, siyasi qərarları soyuqqanlı verməsək, onda ölkə rəhbərinin dediyi kimi, eyforiya içərisində maksimalist ambisiyalara düşərik, ermənilərin dənizdən-dənizə planı kimi miflərə aludə olarıq. Biz aydınlaşdırmağa çalışmalıyıq ki, İran və onun tarixi haqqında milyonlarla insanımızdan fərqli nəyi bilirik, siyasi elitamız, alim və fikir adamlarımız, politoloqlarımız və ekspert cəmiyyətimiz hansı dərin məlumatlara malikdir. Axı bilik ən böyük hücum silahı və müdafiə zirehidir. Cənubi Azərbaycanın keçmişini, etnoqrafiyasını, zəngin mədəniyyətini, ənənələrini, Böyük oyunlara qurban gedən milyonlarla soydaşımızın qəhrəmanlıq hekayələrini, nəhayət, fars imperiyasının min il əvvəl mövcud olan tarixini, elmini, alimlərini,  kitablarını, lap elə dilini, dinini, dərslərini öyrənməsək, onlarla necə mübarizə aparacağıq. Biz ermənilərə məhz intellektual, siyasi mübarizədə qalib gələndən sonra onu hərbi meydanda rəsmiləşdirdik.

Əgər biz internet resurslarında BİG GAME yazıb axtarışa versək, görəcəyik ki, bu sözün etimologiyası məhz Britaniya və Rusiya imperiyalarının Şərq, İran uğrunda qanlı müharibələrindən bəhs edir. Tarix təkrar olunur.

narim_1.jpg (34 KB)

Bəyənmədiyiniz bolşeviklər və böyük mütəfəkkir Nəriman Nərimanovun İranda Azərbaycan milli dövlətini qurmaq üçün Lenin, Stalin və digər sovet rəhbərləri ilə misilsiz mücadiləsini öyrənmək istəsək, qarşımızda bir neçə institutun daşıya biləcəyi xəzinə açılacaq.

Bu yerdə Ulu öndərin yüksək dəyər verdiyi Nərimanovun bir fikrini xatırlamaq yerinə düşər. O deyirdi: mən 20 il bundan əvvəl, tamaşaya qoyulması qadağan edilən «Nadir şah» dramımda deyirdim-dövlət bir qərarı verməzdən əvvəl öz tabeliyində olan xalqların məişət, adət və dinlərini öyrənməlidir. Göründüyü kimi, yenə də məktəb, yenə də xalqın mənəvi intibahı və savadlanmasından danışılır. 100 il sonra da dəyərini saxlayan parlaq fikirləridir. İran inqilabı dövründə onun sosial demokratlara rəhbərlik etməsinin indiki dövrdə bizə və zəhmətkeş kütlələrə verəcəyi mənəvi güc, İranda böyük əks səda doğuran məqalələri təkrar çap edib oxumaqdan alacağımız enerji və ruhu nəylə müqayisə eləmək olar”.

Zahid Oruc bildirib ki, biz İranda kütlələrin hər gün teleqram kanallarında yayılan etirazlarına baxanların sayının əhalimizin neçə faizini təşkil etdiyini bilməliyik:

“Milyonlarla Azərbaycan qadınının cənubda ayağa qalxan ana-bacılarına həmrəylik göstərmələri üçün daha peşəkar təlimə və maariflənməyə ehtiyac duyduğunu qəbul etməliyik. İranda “iskra” doğuran bir media quruluşu yarada bilsək, onun təsiri Haroplardan çox olacaq.

İndi heç xatırlanmayan Mircəfər Bağırovun İrandakı milli hərəkata verdiyi əvəzsiz töhfələri, onlarla dərgini, on minlərlə inqilabçını necə yetişdirməsini, cənubun muxtariyyətdən sovetlərlə birləşdirmək planını Stalinə necə qəbul etdirməyə çalışmasını əxz etməyə çalışsaq, görəcəyik ki, qırmızılar və kommunistlər deyib lənətlədiyiniz adamların nə boyda mirası bizi gözləyir”.

600add48cb184.jpg (60 KB)

Çıxışının davamında Zahid Oruc qeyd edib ki, Prezident tarixi torpaqlara dinc qayıdış konsepsiyası irəli sürəndə məhz bu ideoloji xəzinələri tapıb millətin istifadəsinə, milyonlarla məktəblinin ixtiyarına verməyi nəzərdə tutur:

“Ölkəmizdə İranı öyrənən institutlar yaradılmalıdır, tədrisimiz və dərslik sistemlərimiz yenidən yazılmalı, ölkəmizə yeni ideoloji kursun və proqramların hazırlanması üçün sistemli işlər aparılmalıdır. Əgər belə etməsək, ekranda çıxış edən ekspertlə sıravi insanın biliyi arasında böyük fərq olmayacaq. Biz İranın hər bir şəhərini, kəndini bütün xalqımıza öyrətməsək də, elitamız, xalqın önündə gedənlər onu bilməlidir. Mənim təklif etdiyim qanun belə müddəaları özündə ehtiva edən bir hüquqi akt olardı”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR