İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın gününün fotosu – Şəkillərdən baxışı onu əvəz eləmir

955 10.06.2026 20:50 Foto fakt A A

Bura İrandır. ABŞ və İsrail ölkənin bir yarısını viran qoysa da, dəyişən bir şey yoxdur. Sadəcə, əvvəllər küçə və xiyabanlarda iki rəhbərin – ayəutullah Xomeyni ilə ayədutallah Xamneyinin posterləri görünürdüsə, indi onların yanında gənc Xamneyinin də şəklini vururlar.

Dövlət həmin dövlətdir, rejim də həmin rejimdir - bir az da sərtləşib. İnsanların güzəranı da əvvəlki kimi ağırdir – bir az da pisləşib. Ona görə ki, ölkə iqtisadiyyatının üzünü ağardan qara neftə əllərdə qalıb, bol-bol satmaq olmur.

Ölkəyə valyuta gətirən sərvət açıq dənizə çıxa bilməyən tankerlərdə gözləyərkən, ölkənin yeni, III ali dini liderinin Tehrandakı bunkerlərin hansında olduğu bilinmir. Sülh sazişi imzalamayınca onun ictimaiyyət arasında görünməsi mümkün olmayacaq. Üzə çıxsa, onu da vuracaqlar.

Çünki bu ilin qışında başlayan müharibə vəziyyəti hələ də davam edir. İki gündən sonra İrana ilk aviazərbələrin ildönümü olacaq. Əslində arada pozulan atəşkəs rejimi formal xarakter daşıyır. Bu, “nə müharibə, nə sülh” durumudur. Müharibə aparan tərəflər arada bir-birinə raket atır, sonra sakitləşirlər. Srağagün Tramp İsrailə əmr etmişdi ki, İrana raket atmasın, bu gün özü atdırıb.

irangun.JPG (78 KB)

Ən pisi odur ki, çıxış yolu görünmür. İran uranı zənginləşdirmək niyyətindən əl çəkmək, zənginləşdirilmiş uranı başqa ölkəyə təhvil vermək niyyətindən uzaqdır.

ABŞ və İsrail isə bu məqsədlərinə nail olmayana qədər gərginliyi saxlamaq, İranı təhdid etmək əzmindədir.

Tehran əmindir ki, düşmənləri heç vaxt İran ərazisinə qoşun yeritməyəcəklər, eləcə gendən bombardman edəcəklər. Bu, hakimiyyətdə olan qüvvələri arxayınlaşdırır. Elə olacaqsa, onda İranda sonuncu tikili qalana qədər onlar hakimiyyəti əldən verməyəcəklər.

ABŞ və İsrail isə düşünürdü ki, ölkə generalitetinin məhv edilməsi, strateji obyektlərin kütləvi şəkildə vurulması İran rəhbərliyini kapitulyasiyaya vadar edəcək.

Elə olmadı və olmayacaq. Belə şeylər Qərbdə olur. Şərqdə hakimiyyət hər şeydən üstündür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR