İnsanlara hürriyət, millətlərə istiqlal!

İranı etiraz dalğası bürüyür- Aksiya keçirilən ərazilərin siyahısı  

738 11.03.2023 14:36 Hadisə A A

 

İranın Bəndər Abbas, Tehran, Zahidan şəhərlərində etiraz aksiyaları davam edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, etirazlarda “Hamımız müharibədəyik, heyif ki, silahsızıq!”, “Kürdüstan Kürdüstanı silahlandırır!”, “Azadlıq, azadlıq!” “Şəhid qardaşım qanın yerdə qalmayacaq!” şüarları səsləndirilib.

Cənubi Azərbaycan əyalətlərində də aksiyalar davam etdirilib.

Ərdəbil əyaləti:

Parsabad şəhərində "Muğan Kənd Təsərrüfatı Şirkəti"nin işçiləri əmək haqlarının verilməməsindən narazılıqlarını bildirmək üçün etiraz aksiyası keçiriblər. Etirazçılar "Muğan Kənd Təsərrüfatı Şirkətinin işçilərinin səsini eşidin!" plakatları qaldırıblar.

Tehran əyaləti:

Tehranın Baqeri qəsəbəsində etiraz aksiyası keçirilib. Etirazçılar “Qatil Xameneiyə ölüm!”, “Diktatora ölüm!”, “SEPAH”-a ölüm!” şüarları səsləndiriblər.

Etirazçılar həmçinin hökumət qüvvələri tərəfindən öldürülən tələbələrin qəsdən zəhərlənməsinə işarə edərək, “Talibana ölüm istər iranlı, istər əfqan!” şüarı səsləndiriblər. Etirazçılar bununla qızları təhsildən məhrum etmək üçün məktəb və universitetlərə kimyəvi maddələr səpərək onları zəhərləyən Talibana işarə ediblər.

Narmək bölgəsində etirazçılar “Uşaq öldürən hökumətə ölüm!”, “İŞİD hökumətinə ölüm!” , “Xameneiyə ölüm, Xameneiyə lənət!” şüarları səsləndiriblər.

Hörmüzgan əyaləti:

Bəndər Abbas şəhərində bir qrup gənc “Molotov kokteyli” ilə Bəsic bazasını yandırıb.

Sistan və Bəlucistan əyaləti:

Zahidan şəhərində əhali cümə namazından sonra etiraz aksiyası keçiriblər. Etirazlarda:

“Hamımız müharibədəyik, heyif ki, silahsızıq!”, “Kürdüstan Kürdüstanı silahlandırır!”, “Azadlıq, azadlıq!” “Şəhid qardaşım qanın yerdə qalmayacaq!” şüarları səsləndiriblər.

Etirazçılar həmçinin siyasi məhbusları dəstəkləyən şüarlar da söyləyiblər: “Siyasi məhbuslar azad edilməlidir!”

Etirazda insanlar məktəblərdə və universitetlərdə tələbələrin qəsdən zəhərlənməsini pisləyiblər və “Körpə öldürən hökumətə ölüm!” şüarı səsləndiriblər.

 

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR