ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress strateji bombardmançı təyyarələri Böyük Britaniyanı tərk edib.
Musavat.com xəbər verir ki, məlıumatı The War Zone (TWZ) yayıb. Portalın mənbələrinə görə, İranla münaqişə zamanı Britaniyaya yerləşdirilən üç təyyarədən ibarət iki qrupda altı bombardmançı təyyarə 1 iyulda Fairford Hərbi Hava Qüvvələri Bazasından yola düşüb. Onlardan İrana zərbələr endirilmək üçün istifadə olunurdu.
The War Zone xəbər verir ki, B-52 Stratofortress təyyarələrinin Böyük Britaniyadan çıxarılması ABŞ-ın zəruri hallarda İrana qarşı hücumlarını bərpa etməsinə mane olmayacaq. İngiltərənin cənub-qərbindəki aviabazada on iki B-1 Lancer strateji bombardmançı təyyarəsi qalır və Vaşinqton həmçinin ABŞ-da yerləşən B-52, B-1 və B-2 bombardmançı təyyarələrindən istifadə edə biləcək.
Musavat.com






