İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Rusiyaya ETİRAZ 

911 12.07.2023 18:09 Son xəbər A A

Rusiyanın İrandakı səfiri Aleksey Dedov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın ərəb ölkələri ilə apardığı müzakirələr olub.

Məlumata görə, iyulun 10-da Rusiya Federasiyası və İran körfəzindəki Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının xarici işlər nazirləri arasında keçirilən danışıqların altıncı raundu çərçivəsində qəbul edilmiş yekun bəyannamənin məzmunu rəsmi Teranın xoşuna gəlməyib. Belə ki, həmin danışıqlarda Əbu Musa, Böyük və Kiçik Tunb adaları üzrə müzakirələr aparılıb. İran həmin adaları özününkü hesab edir.

İran Xarici İşlər Nazirliyinin Körfəz üzrə baş direktoru Əlirza Enayəti Rusiya səfiri ilə görüşündə bu adaların İrana aid olduğunu vurğulayıb və Rusiya Federasiyasını bu məsələdə mövqeyini dəyişməyə çağırıb.

Rusiya səfiri isə öz növbəsində İran İslam Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşdığını söyləyib və bu məsələni ən qısa zamanda Moskvaya çatdıracağını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR