İnsanlara hürriyət, millətlərə istiqlal!

"İranda xaos istəmirik, bizim üçün həssas mövzudur"

566 12.01.2026 23:03 Siyasət A A

"Türkiyə hakimiyyəti İranda baş verən hadisələri diqqətlə izləyir, ölkə sərhədlərində təhlükəsizlik nəzarəti isə yüksək səviyyədə saxlanılır".

Musavat.com xəbər verir ki, bunu Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik brifinqdə bildirib. Onun sözlərinə görə, İranda cərəyan edən proseslər Ankara üçün həssas məsələdir:

“Biz vəziyyəti yaxından izləyirik. İrandakı hadisələr bizim üçün çox həssas mövzudur. Problemlər var, lakin onları İran hökuməti özü həll etməlidir. Üçüncü ölkələrin hər hansı müdaxiləsi İranda vəziyyəti daha da ağırlaşdıra bilər”, – deyə Çelik vurğulayıb.

Ankaranın qonşu ölkədə mümkün hadisələrə nə dərəcədə hazır olması ilə bağlı suala cavab verən partiya sözçüsü bildirib ki, Türkiyə hökuməti bütün riskləri qiymətləndirir və sərhəd təhlükəsizliyi məsələləri yüksək səviyyədə müzakirə olunur.

“Deyə bilərəm ki, hazırlıq prosesi yüksək səviyyədə aparılır”, – deyə o əlavə edib.

Qeyd edək ki, İran İslam Respublikasında kütləvi etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonlarından başlayıb. Etirazlara səbəb ölkə valyutası olan rialın kəskin dəyər itirməsi, eləcə də topdansatış və pərakəndə qiymətlərin sürətlə artması olub. 

Könül, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR