İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda SEPAH qüvvələrinin özbaşınalığı: Xəstəxanada beş nəfəri güllələdilər - FOTO

617 24.05.2023 21:25 Son xəbər A A

Xürrəmabad şəhərindən olan 35 yaşlı İman Hemməti Tehranda SEPAH qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, siyasi məhbus olan dostunun xəstəxanaya aparıldığını öyrənən İman Hemməti onu ziyarət etmək üçün yanına gedib. Xəstəxanada o, polislərlə mübahisə edib. Bu zaman hökumət qüvvələri onu əvvəlcə dəyənəklə döyüblər, sonra tapança ilə başından güllələyiblər.

Qarşıdurma zamanı repressiv qüvvələrin atəş açması ilə xəstəxanada daha dörd xürrəmabadlı - Hemmətinin dostları olan Məcid Rezai, Maşallah Muradcani, Əli Əmiri və Babək Kazemi ağır yaralanıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR