İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda qanlı gecə: Etirazçılar Bəsic qərargahına hücum etdi, ölən və yaralananlar var – Video

1336 01.01.2026 01:21 Dünya A A

İranın Mehr informasiya agentliyi Həmədan şəhərində baş verən son dərəcə gərgin insident barədə məlumat yayıb.

Musavat.com xəbər verir ki, etirazçıların Bəsic qüvvələrinin qərargahına hücumu zamanı SEPAH tərkibində fəaliyyət göstərən Bəsic dəstəsinin bir üzvü həlak olub.

Məlumata görə, hücum və sonrakı qarşıdurma nəticəsində daha 13 nəfər — Bəsic döyüşçüləri və polis əməkdaşları müxtəlif dərəcəli xəsarətlər alıblar. Bildirilir ki, hadisə zamanı qərargah ətrafında vəziyyət tam nəzarətdən çıxıb, təhlükəsizlik qüvvələri isə iğtişaşların qarşısını almaqda ciddi çətinliklərlə üzləşiblər. 

Qanlı insident İranda dərinləşən sosial-iqtisadi problemlər və genişlənən etiraz aksiyaları fonunda baş verib. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıblar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR