İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda qadınların stadionuna girişi qadağan edildi - VİDEO

587 23.04.2024 23:26 Dünya A A

Azərbaycanlı qadınların yenidən Səhənd stadionuna girişi qadağan edilib. 

Musavat.com bu barədə "Təbriz Turan TV" teleqram kanalına istinadən xəbər verir. 

Futbol Liqası təşkilatı məktubda qadınların Təbrizdəki Səhənd stadionuna girişinin qadağan edildiyini açıqlayıb.

Təbrizin Səhənd stadionuna qadınların girişinin qarşısının alınmasına səbəb kimi “stadionun mövcud infrastrukturu ilə bağlı qüsurlar və qadınların təhlükəsizliyinin təmin edilməməsi” kimi saxta bəhanələr elan edilib.

Liqa təşkilatı tərəfindən Traktor Klubunun menecerinə göndərilən məktubda deyilir ki, “nöqsanlar aradan qaldırılana və tələb olunan təkmilləşdirmələr aparılmayana qədər idman zalı hörmətli qadınları qəbul etmək hüququna malik deyil”.

Görünən odur ki, İran İslam Respublikasının təhlükəsizlik qurumları qadınların stadiona daxil olmasının qarşısını almaq üçün futbol liqası təşkilatına təzyiq edib. “Stadion qüsurları” deyilənlərin nədən ibarət olduğu, hansı infrastrukturların nəzərdə tutulduğu bilinmir ki, bütün ölkədə təkcə Səhənd Təbriz stadionu bunu təmin edə bilmir! 

 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR