İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda polis xalqın tərəfinə keçəcək – şok iddia – Əhməd Obalı ilə “Canlı debat”

1900 26.09.2022 11:16 Gündəm A A

İran ikinci həftədir ki, küçə etirazları ilə çalxalanır. 22 yaşlı kürd qızı Məhsa Əmininin hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyaları zamanı qətlə yetirilənlərin sayı artıq 41 nəfərə çatıb. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda polis əməkdaşları və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Besiç” əməkdaşları da daxil olmaqla 41 nəfərin həyatını itirdiyi açıqlanıb. Bununla yanaşı, ölkə daxilində ölənlərin sayı ilə bağlı İran rəsmiləri tərəfindən rəsmi açıqlama veriləcəyi də vurğulanıb.

Bəllidir ki, etirazlar Güney Azərbaycanı da bürüyüb. Lakin hələ ki, hərəkat kortəbii xarakter daşıyır, təşkilatçılıq yoxdur. Ümumən ölkə üzrə rejimə qarşı etirazlara rəhbərlik edəcək lider gözə dəymir. Görəsən niyə?

Maraqlıdır ki, bu arada ABŞ-da mühacir həyatı yaşayan İran şahının oğlu, Şahzadə Rza Pəhləvi televiziya müxbirlərinə müsahibəsində etirazların sərt şəkildə yatırılması fonunda İran hüquq-mühafizə orqanlarının nümayəndələrini seçim etməyə çağırıb, “çünki sabah onlar öz əməllərinə görə cavabdehdirlər”.
“İnsanlar (etirazçılar) deyirlər ki, biz qisas almayacağıq və sizi (güc strukturu adamlarını) qəbul edirik, bizə qoşulun və sistemi müdafiə etməyin. Bu gün seçimini etməlisən, çünki sabah öz əməllərinə görə cavabdeh olacaqsan”, - deyə o qeyd edib.

Pəhləvi həmçinin bildirib ki, etirazçılara “beynəlxalq dialoq üçün müxalifətin vahid siması təqdim edilməlidir”.

O, habelə siyasi qruplar arasında həmrəyliyə ehtiyac olduğunu vurğulayıb: “Sabah bizim İranda fərqli siyasi yanaşmalar ola bilər, lakin bu mərhələdə bizim ümumi məqsədimiz var – ölkəni xilas etmək”.

Bəs bu çağırışa xalqın reaksiyası necə olacaq, olacaqmı? Hərəkatın hansısa rəhbərinin meydana çıxması mümkünmü? Mövcud vəziyyətdə güneylilər üçün doğru seçim hansıdır? İranda budəfəki etirazların sonu necə görünür?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də GünAZ TV-nin rəhbəri Əhməd Obalı ilə “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR