İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda övladını xilas etməyə çalışan ana polisə fəryad etdi - VİDEO

691 20.07.2022 12:28 Region A A

İyulun 19-da İranın Tehran şəhərində bir qadın “əxlaq polisi”nin patrul maşınının qarşısını kəsib.

Musavat.com Oxu.Az-a istinadən xəbər verir ki, o, qızının həbs edilərək polis idarəsinə aparılmasına mane olmağa çalışıb.

Təqdim edilən videoda “Qızımı aparmayın, qızım xəstədir!”, - deyə qadın fəryad edir.

Görüntülərdə “əxlaq polisi” patrul xidmətinin əməkdaşlarının isə qeyri-insani davranaraq maşının qarşısında qadının olmasına məhəl qoymadan hərəkəti davam etdirməsi və sürəti artıraraq onu yoldan kənarlaşdırmağa çalışması əks olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR