İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda nazir müavini döyüldü, ölkə qan çanağına çevrilib – Əjdər Tağızadə ilə “Canlı debat”

625 02.12.2022 13:25 Gündəm A A

İranın sənaye, mədən və ticarət nazirinin müavini Məhəmməd Mehdi Bəradəran naməlum şəxslərin hücumuna məruz qalıb. Dekabrın 1-i axşam saatlarında kimliyi bilinməyən şəxslər tərəfindən bərk cisimlə baş və üz nahiyəsindən ağır xəsarətlər alan Məhəmməd Mehdi Bəradəranın huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bildirlir ki, Bəradəran əməliyyat olunduqdan sonra reanimasiya bölməsinə köçürülüb.

İranda nələr baş verir? Proseslər hara doğru gedir?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR