İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda naməlum PARTLAYIŞ - SƏBƏB AÇIQLANMIR

1534 06.01.2024 18:16 Region A A

İranın cənubundakı Şiraz şəhəri ətrafında yerləşən Baxteqan gölü yaxınlığında səbəbi hələ müəyyən edilməyən güclü partlayış olub.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, İranın dövlət televiziyasına danışan Fars vilayətinin Böhran İdarəetməsi Departamentinin baş direktoru Qulamrza Qulami Şirazda güclü partlayış səsinin eşidildiyini təsdiqləyib.

İran rəsmisi partlayışın bölgədə təyyarə və ya helikopter qəzası nəticəsində baş verdiyi barədə iddiaları rədd edib:

"Partlayışın səbəbi məlum deyil. Şiraz hava limanından verilən məlumata görə, bölgədə təyyarə və helikopter qəzası baş verməyib. Ordunun Hava Hücumundan Müdafiə bölməsi də bu ərazidə güclü partlayış səsini təsdiqləyib. Yerli hakimiyyət orqanları və polis faktla bağlı araşdırma aparır".

İran rəsmisi bildirib ki, hadisə ilə bağlı əlavə məlumat daha sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ölkənin cənubunda, Şiraz şəhəri yaxınlığında yerləşən Baxteqan gölünün ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR