İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Daniel adı varsa, niyə Volkan adı olmasın? –politoloqdan etiraz  

495 01.06.2023 16:39 Siyasət A A

 

“Bu, azərbaycanəsilli vətəndaşlara qarşı ilk qanun pozuntusu deyil. Ad seçmək hər bir vətəndaşın şəxsi hüququdur. İranda adların rəsmiləşdirilməsi zamanı soydaşlarımızın ayrı-seçkiliyə məruz qalması təəccüblü hal deyil”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov Musavat.com-a açıqlamasında İranda yaşayan soydaşlarımızın təməl hüquqlarının kobud şəkildə pozulduğunu ifadə edib. O, digər əcnəbi adların qoyulduğunu vurğulayıb:

“Soydaşlarımızın ana dilində təhsil almaq hüququ belə yoxdur. Halbuki İranda əcnəbi adlar qeydiyyatdan keçirilir. Daniel adından istifadə edilirsə, Volkan adının rəsmiləşdirilməməsi ayrı-seçkiliyin göstəricisidir. Düşünürəm ki, İranın müvafiq qurumları azərbaycanəsilli insanlara qarşı bu kimi addımlar atmaqla siyasətin mürtəce məqamlarını göz önünə gətirirlər.

Bu, müxtəlif etnik mənsubiyyətə sahib olan vətəndaşların hakimiyyət tərəfindən təqib edilməsinin bir formasıdır. İnsanları etnik mənsubiyyətindən imtina etməyə vadar etmək, onlara məhdudiyyətlər qoymaq əslində, İranda kütləvi narazılığa gətirib çıxaran əsas amillərdir. Düşünürəm ki, bu siyasət İrana uğur gətirməyəcək, əksinə etirazların çoxalmasına səbəb olacaq. Hakimiyyət prosesin qarşısını almağı düşünməlidir”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR