İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 347 nəfər xəstəxanaya müraciət edib - SƏBƏB

888 12.11.2022 22:35 Region A A

İranda yağışdan sonra yaranan sağlamlıq problemlərinə görə 347 nəfər xəstəxanaya müraciət edib.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, bunu Əhvaz Tibb Elmləri Universitetinin vitse-prezidenti Həbib Heybər deyib.

O bildirib ki, son 2 gündə payız yağışı nəticəsində yaranan tənəffüs problemləri ilə əlaqədar Xuzistan əyalətində 347 nəfər tibb mərkəzlərinə müraciət edib. Pasiyentlərdən 5 nəfərin vəziyyəti ağırdır.

Heybər tövsiyə edib ki, payız yağışları zamanı yağış kəsildikdən sonra ən azı 1 gün açıq havada idmanla məşğul olmaqdan çəkinməli, xəstəlik riski yüksək olan insanlar evdən çıxmaq zərurəti yarandıqda uyğun maskadan istifadə etməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR