İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana ŞİLLƏ kimi CAVAB: “Bunu bacarmaz!”

4031 09.04.2023 18:21 Son xəbər A A

“Zənnimcə, İran XİN rəhbərinin Azərbaycan xarici işlər nazirinə zəngi təsadüfi deyil. Çünki İranla Azərbaycan arasında gərginlik kuliminasiya nöqtəsinə çatmışdı. Bütün qırmızı xətlər keçilmişdi. Bundan sonra ya qarşıdurma, ya da bir səngimə olmalı idi. İran təşəbbüs göstərərək səngimənin siqnallarını verdi”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

dc3c79c97f57aa1a2b8b1deba55df8f8.jpg (172 KB)

Politoloq hesab edir ki, bundan sonra məsələlər tədricən səngiyə, qarşılıqlı anlaşmaya doğru gedilə bilər:

“Əvvəlki kimi yaxın qonşuluq münasibətləri yarana bilməsə də, hər halda buna doğru dönüş edilə bilər. Ancaq İran yenə də əvvəlki ritorikasından birdən-birə dönüş etməyəcək. Sadəcə onların aktivliyi azalacaq. Beləliklə, İranın Azərbaycanla bağlı söylədiyi təhdidlərin boş, mənasız olduğu ortaya çıxacaq.

İranın İsraillə də münasibətləri xeyli gərgindir. İsrail Suriyada, Livanda, İraqda İran mövqelərini vurur. ABŞ-dan da ciddi təhdidlər gözlənilir. Belə bir şəraitdə İran Azərbaycanla qarşıdurmaya gedə bilməz. İndiyə qədər keçirilən hərbi təlimlər, Azərbaycana qarşı təxribatlar, səfirliyimizə hücum, millət vəkili Fazil Mustafaya açılan atəş və digər terror hücumları göstərdi ki, İranın cəhdləri əbəsdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR