İnsanlara hürriyət, millətlərə istiqlal!

“İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib” - PENTAQONDAN AÇIQLAMA

467 29.01.2023 21:44 Gündəm A A

Pentaqonun sözçüsü Patrik Rayder bəyan edib ki, ABŞ-nin İranın hərbi infrastrukturuna endirilən dron zərbələri ilə heç bir əlaqəsi yoxdur.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, Patrik Rayder bu barədə Vaşinqtonda jurnalistlərin qarşısında çıxış edərkən söyləyib.

“İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib”, - Pentaqonun sözçüsü vurğulayıb.

Patrik Rayder İran barədə ona ünvanlanan digər sualları şərh etməkdən imtina edib.

Qeyd edək ki, yanvarın 28-də İranın hərbi obyektləri dron hücumlarına məruz qalıb. Hələlik baş verən insidentə görə heç bir ölkə məsuliyyəti öz üzərinə götürməyib.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR