İnsanlara hürriyət, millətlərə istiqlal!

İran yeni dünya düzəninin qurulmasını istəyir

712 26.10.2023 16:15 Siyasət A A

 

“İranın xarici siyasətinin məqsədlərindən biri beynəlxalq münasibətlərin bütün subyektlərinin bərabərliyi prinsipinə əsaslanan yeni dünya düzəninin yaradılmasıdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Hökumət Başçıları Şurasının genişləndirilmiş iclasında deyib.

“Biz yeni dünya nizamının formalaşmasının və birqütblü sistemdən çoxqütblü sistemə keçidin şahidiyik. Yeni Dünya düzəni bütün müstəqil aktorların beynəlxalq münasibətlərdə bərabər şəkildə iştirak etməsi prinsipinə əsaslanacaq. İran İslam Respublikası öz xarici siyasətində yeni və ədalətli dünya nizamının formalaşmasına töhfə verməyə çalışır”,-deyə İran rəsmisi bildirib.

Qeyd edək ki, iclasda Möhbərlə yanaşı, Rusiyanın baş naziri Mixail Mişustin, Qazaxıstan, Çin, Tacikistan və Özbəkistanın hökumət başçıları, Hindistan və Pakistanın xarici işlər nazirləri iştirak edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR