İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN: “Razılaşmaya bir addım qalmışdı...”

2907 13.04.2026 03:53 Dünya A A

İranın xarici işlər naziri Abbas Araqçi Vaşinqtonla danışıqların gedişi ilə bağlı sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, nazir bildirib ki, son 47 ildə ən yüksək səviyyədə aparılan intensiv danışıqlar çərçivəsində İran ABŞ ilə müharibəyə son qoymaq üçün “xoş niyyətlə” masa arxasına əyləşib.

Araqçinin sözlərinə görə, tərəflər artıq “İslamabad Anlaşma Memorandumu”nun imzalanması ərəfəsində olub. Lakin məhz bu mərhələdə ABŞ tərəfindən maksimalist tələblər irəli sürülüb, şərtlər davamlı dəyişdirilib və proses blokadaya salınıb.

Nazir vurğulayıb ki, bu vəziyyət Vaşinqtonun əvvəlki təcrübələrdən nəticə çıxarmadığını göstərir:
“Xoş niyyət xoş niyyət doğurur, düşmənçilik isə düşmənçilik doğurur”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR