İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Xəzərdən “Z” ordusuna gizli silah daşıyır - regiona təhlükə

773 02.06.2023 11:53 Gündəm A A

Tehran Rusiyanın işğalçı müharibəsinə silah tədarükü üçün birbaşa marşrutdan istifadə edir, Qərb buna qarşı heç nə edə bilmir; analitiklərdən fərqli rəylər...

İran Rusiyaya silah tədarükü üçün birbaşa marşrutdan istifadə edir, Qərb dövlətləri buna qarşı heç nə edə bilmirlər. “Yeni Müsavat” məlumat verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, Tehrandan Moskvaya hərbi yüklər əsasən Xəzər dənizi vasitəsilə daşınır. 

Bu marşrut Rusiyanın Ukraynadakı müharibə üçün aldığı pilotsuz təyyarələr, sursatlar və minaatanların daşınması üçün istifadə olunur. Rusiya və İranın yükləri daşıyan gəmiləri radarlardan gizlətməyə çalışdığı bildirilir. Ötən il “Lloyd’s List Intelligence” Xəzərdə gəmilərin izlənilməsi ilə bağlı məlumatlarda boşluqların sayında sentyabrda artım olduğunu aşkar edib. Bu, Tehranın Moskvaya PUA satmaqda ittiham edilməsindən az sonra baş verib.

Rusiya ötən ilin payızından Ukrayna ərazisində İran dronlarından daha çox istifadə etməyə başlayıb. Amerikalı analitiklər hesab edirlər ki, Ukraynanın Qərbdəki müttəfiqlərinin bunun qarşısını almaq imkanları məhduddur. EOS Risk Qrupunun analitiki Martin Kelli deyib: “İranın Xəzər dənizində həmsərhəd ölkələr üzərindən ixracı üçün heç bir risk yoxdur, onların bu cür mübadilələrə mane olmaq üçün nə imkanları, nə də motivləri var”. O da məlumdur ki, 2018-ci ildə Xəzərin statusu ilə bağlı sahilyanı ölkələr arasında Konvensiya qəbul olunub. Konvensiyada dənizin hərbi məqsədlər üçün istifadəsi qadağan olunub. O baxımdan, sözügedən gizli silah ticarəti Xəzər Konvensiyasına uyğundurmu?

Yük gəmilərinin hərəkətlərini izləyən ekspertlər CNN əməkdaşlarına bildiriblər ki, Xəzər dənizi vasitəsilə böyük ölçüdə “Şahid” PUA-ları, minaatanlar və digər silahlar göndərilir. “Xəzərdəki yük gəmilərinin əksəriyyəti tez-tez transponderlərini (avtomatik identifikasiya sistemi) söndürürlər, halbuki bu sistem daim açıq qalmalıdır. "İran Rusiyanın ən böyük hərbi dəstəkçisi olmağa davam edir". Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə deyib. Kirbi avqust ayından bəri İranın Rusiyaya əsasən “Şahid” tipli 400-dən çox PUA tədarük etdiyini bildirərək, Moskvanın bu dronların əksəriyyətini Ukraynanın kritik infrastrukturlarını hədəf almaq üçün istifadə etdiyini iddia edib. Rusiyanın İrana raket, elektronika və hava hücumundan müdafiə dəstəyi verdiyini deyən Kirbi Tehranın Moskvadan milyardlarla dollar dəyərində hərbi texnika dəstəyi almaq istədiyini bildirib.

Qeyd edək ki, Xəzər Konvensiyasına görə, Xəzər dənizi digər açıq dənizlərə şamil olunan BMT-nin Dəniz hüququna dair 1982-ci il Konvensiyası və ya transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplərin şamil oluna bilinməyəcəyi xüsusi hüquqi statusu alıb: “Bu, qapalı su hövzəsi statusudur. Konvensiya çərçivəsində imzalanmış sənədlərdə təhlükəszilik riskləri və aspektləri nəzərə alınmaqla üzv ölkələrin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində, Xəzər dənizində insidentlərin qarşısının alınması istiqamətində səlahiyyət, məsuliyyət və öhdəlikləri müəyyənləşdirilib. İran hər zaman Xəzər dənizinin Azərbaycan hissəsində beynəlxalq hüququn müddəalarının pozulması ilə müşayiət edilən addımlar atıb.

Ramil Məmmədli: Aprel döyüşlərində ordumuzun qələbəsi Prezident İlham  Əliyevin bu sahəyə göstərdiyi qayğının nəticəsidir - AZƏRTAC

 Ramil Məmmədli

Hərbi analitik Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Xəzərin bölünməsi ilə bağlı razılaşdırmada onun su hövzəsi olmaması dəqiqləşdirilib: “Amma hərbi yüklərin daşınmasına qadağa yoxdur. Rusiyadan İrana, Qazaxıstandan Türkmənistana hərbi təyinatlı daşımalara məhdudiyyət qoyulmayıb, belə bir qərar da yoxdur. Birbaşa nəqliyyat vasitəsi olduğu üçün dənizdən istifadə edilir. Əslində hava yolu ilə də hərbi yüklər daşına bilər. Sadəcə, Qərbin informasiya ruporlarından biri olan CNN-in bu məlumatı yaymaqda məqsədi diqqəti qanunsuzluq olduğuna cəlb etməkdir. Xəzər dənizində hərbi yüklərin daşınması başqa bir ölkənin sahilindən keçilmir”. Onun sözlərinə görə, bu daşımalar Ukrayna müharibəsi ilə əlaqədardır: “Rusiya və İran strateji müttəfiqlərdir. Tərəflər arasında müqavilələr imzalanıb. İranda Rusiyanın dəstəyi ilə silah-sursat, raket və artilleriya sistemlərinin istehsalı həyata keçirilir. Polşa Ukrayna ilə müttəfiqdir, ona hərbi yardım edir, Moskva Varşavaya deyə bilməz ki, ona yardım etmə. Ona görə bu cür satınalmalar həmişə olub və olacaq”.

Hərbi ekspert Alp Arslan İmamqulu isə dedi ki, Xəzər qapalı göldür. Onun sözlərinə görə, burada bir sıra müqavilələr var ki, bəziləri gizlidir: “Xəzər dəniz donanması olduğu üçün əgər iki tərəf arasında anlaşma varsa, istənilən formada, yəni hava, quru, dəniz yolu ilə daşına bilər. Bu hərbi daşımalar Ukraynaya qarşı bir addımdır. Amma İran və Rusiyanın hərbi arsenalı özü-özlüyündə Azərbaycan üçün təhlükədir. Bu iki müttəfiqin silah tədarükü göstərir ki, Cənubi Qafqaz risk altındadır və belə qiymətləndirilməlidir”.

ILK XƏBƏR: Qulamhüseyn Əlibəyli: "Soçi Bəyanatı rəsmi Bakının siyasi  xəttinə uyğun bir sənəd kimi qiymətləndirilməlidir"

Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, İranın gizli silah daşıması Xəzər konvensiyasına ziddir: “Çünki o zaman doğrudan da Xəzəryanı dövlətlər arasında imzalanan sənəd dənizin hərbi məqsədlər üçün istifadəsini qadağan edirdi. Sənəd Xəzəri qeyri-hərbi məqsədlər üçün bir su hövzəsi kimi özündə əks etdirir. Bu o deməkdir ki, ora kənar dövlətlərin hərbi gəmilərinin daxil olması, dəniz vasitəsilə silah daşınması qadağandır. Ümumiyyətlə, Xəzər kimi su hövzələrində gizli formada silah daşınması beynəlxalq hüquqa ziddir. Düzdür, ölkələr arasında silah ticarətinə icazə verilir, amma Xəzərin bu məqsədlər üçün istifadə olunması yolverilməzdir. Bu, Xəzərlə bağlı Konvensiyanın İran tərəfindən kobudcasına pozulması deməkdir. İran bununla növbəti dəfə beynəlxalq hüquqa, qonşuluq münasibətlərinə və əldə olunan razılaşmalara zidd addım atmış oldu. Tehran göstərdi ki, bu ölkə imzaladığı sənədlərə etimadsız yanaşır”.

Q.Əlibəyli hesab edir ki, bu ölkə üçün hansısa beynəlxalq sənəd əhəmiyyət kəsb etmir: “Beynəlxalq hüquq normalarına görə, İrana qarşı növbəti sanksiyaların qəbul olunması gündəmə gətirilməlidir. Onsuz da İrana qarşı bir sıra sanksiyalar mövcuddur. Bu sanksiyaları bir az da genişləndirmək lazımdır. Xəzərlə bağlı Konvensiyanı pozduğuna görə növbəti sanksiyalar tətbiq olunmalıdır. Fikrimcə, sözügedən məsələ ilə bağlı daha tutarlı faktlar əldə edib məsələni beynəlxalq müstəviyə çıxarmaq olar. Ən azından, İrana bununla bağlı xəbərdarlıq edilməlidir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR