İnsanlara hürriyət, millətlərə istiqlal!

İran vitse-prezidentindən Bakıya HƏDƏ: tələyə düşməyin... Ədalət Verdiyevlə CANLI

1134 02.02.2023 14:45 Siyasət A A

İranın vitse-prezidentindən Bakıya növbəti hədə gəlib. Sitat: “İran və Azərbaycan arasındakı əlaqə kimlik, coğrafi və tarixi bağlara söykənir və Bakı Tehrandan ayrı deyil! Qardaş tövsiyəmiz budur ki, bu ölkənin hökmdarları İsrail və ABŞ tələsinin və onların təhlükəsizlik planının qurbanı olmasınlar...”

İranın İsfahan şəhərindəki hərbi zavoda dron zərbələri endirilməsi ilə bağlı rəsmi Tehrandan hadisəni kimin törətməsi barədə ilk dəfə açıqlama verilib. Bu barədə İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi danışıb. O, zərbələrə görə İsraili ittiham edib. Daimi nümayəndənin iddiasına görə, hərbi zavoda dron hücumlarını İsrail təşkil edib. "İsfahanda İran Müdafiə Nazirliyinin zavoduna edilən hücuma görə məsuliyyət İsrailin üzərinə düşür", - deyə İran rəsmisi bildirib.
Xoy şəhərində ötən ay baş verən zəlzələlərdən sonra dağıntıdan əziyyət çəkən əhalinin vəziyyəti acınacaqlı olaraq qalır. Bu barədə APA-ya İranda əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olan Xoy şəhərinin sakinləri bildirib.

Yerli sakinlərin sözlərinə görə, dağıntıdan əziyyət çəkən əhalinin çoxu çadırlara sığınsa da, çadır çatışmazlığı yaşanır: “Üstəlik, havaların soyuması, qarın yağması soydaşlarımızın vəziyyətini daha da acınacaqlı edib. Bu səbəbdən, minlərlə əhalinin bir hissəsi bayırda gecələyir, digər qismi isə ya maşınlarda qalmağa üstünlük verir, ya da Xoy şəhərini tərk etmək məcburiyyətində qalır. Bundan başqa, humanitar yardım və isti əşyaların verilməsində də çatışmazlıq hiss olunur. Yollar dağıldığı üçün göndərilən humanitar yardımlar isə Xoy şəhərinə gəlib çatmır”.

TVMusavat-ın saat 15:00-da canlı efirində hərbi ekspert Ədalət Verdiyevlə İran casus şəbəkəsi və digər mövzuları müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR