İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfirliyinin əməkdaşı mediaya açıqlama vermədən qaçdı - VİDEO

871 08.04.2023 10:27 Son xəbər A A

Xəbər verdiyimiz kimi, 6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com xəbər verir ki, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

Daha sonra İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Sözügedən məsələ ilə bağlı İran səfirliyinin əməkdaşlarından biri azərbaycan mediasına açıqlama verməkdən yayınıb. 

Bu görüntülər sosial mediada da geniş müzakirə mövzusuna çevrilib. 

Həmin görüntüləri təqdim edirik:

Musavat.com


 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR