İnsanlara hürriyət, millətlərə istiqlal!

İran öz ideologiyasını meyxanaçıların üzərində qurur iddiasına cavab gəldi

2609 29.10.2022 08:20 Gündəm A A

“Bizim siyasətlə, İranla nə işimiz...”

AzTV-nin efirində gedən “Əsas məsələ” proqramında meyxanaçılara ciddi iradlar tutulub. Belə ki, Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov bildirib ki, İran meyxanaçılar üzərindən Azərbaycanda öz niyyətlərini təbliğ etmək istəyir.

“Son zamanlar sosial şəbəkədə də, mətbuatda da Azərbaycanda meyxana ustalarının İrana meyli haqqında söhbətlər gəzir. Nəyə görə meyxanaçılar? Mətbuata girişə bilmədilər, sosial şəbəkələrdə effektiv fəaliyyət göstərə bilmədilər. Bilirsiniz ki, meyxana ustaları həmişə toyda, məclisdə, cəmiyyətin içindədir. Onlar İrana lazım olan ideologiyanı, fikirləri məhz meyxanaçılar vasitəsilə yayırlar. Bu da son dövrlərdə göstərir ki, o da onlar üçün uğursuz oldu. Mənə elə gəlir ki, İran ya bu gün, ya sabah düşünməlidir. Bilməlidir ki, onun ərazisindəki sabitliyini həm də Azərbaycan arzulayır”, - deyə A.Qurbanov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl meyxanaçı Rəşad Dağlının Masallıda keçirilən toy mərasimindəki meyxana deyişməsində “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” misrasını səsləndirməsinin ardınca işlətdiyi ifadələrə görə üzr istəməsi sosial şəbəkədə paylaşması birmənalı qarşılanmamışdı. O paylaşdığı üzr videosuna görə sosial şəbəkə istifadəçilərinin tənqid obyektinə çevrilmişdi.

Oxu.az - Elşən Xəzər üzüyü “tanrının möcüzəsi” adlandırdı - VİDEO

Elşən Xəzər

Sosial şəbəkələrdə tənqid olunan paylaşımlar sırasında bir zamanlar meyxanaları ilə yadda qalan Elşən Xəzərin mərsiyə dediyi görüntüləri də yayılmışdı. Geniş izləyici kütləsi tərəfindən mənfi qarşılanan sözügedən videolara gələn tənqid, hətta təhqirlərin sayı çox olub. Şərhlərdə onun “İran agenti” olduğunu deyənlər də oldu. Həmçinin meyxanaçının videolarına deputat Fazil Mustafadan sosial şəbəkə üzərindən sərt təpki gəlmişdi. Elşən Xəzər isə dini tədbirlərə dəvət olunan zaman şeirlərini ifa etdiyini, mərsiyəni isə az dediyini bildirib.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ölkədə maarifləndirmə işləri zəifdir: “Meyxanaçılara qulaq asmıram. Ən güclü meyxanaçıya da qulaq asmıram. Ümumiyyətlə meyxananı ədəbiyyat saymıram, belə də qəbul edirəm. Lokal bir ərazidə meyxana var. Maraqlı da oxuyurlar, özləri bilər. Amma əgər meyxanaçılar təbliğat aparırlarsa, lap pisdir. O verilişə baxmamışam, görünür maraqlı veriliş imiş. Amma düşünmürəm ki, bunun qarşısını ala biləcəklər. Çünki feysbuk və digər sosial şəbəkələr var, internet var. Bunun qarşısını ala bilmərik. Amma yaxşı olar ki, meyxanaçılara izah olunsun ki, bu cür təbliğatlar aparmasınlar, maarifləndirmək lazımdır. Yenə deyirəm, meyxananı ədəbiyyat saymıram”.

Ağamirzə Məmmədov: "Mən xaldakı bu birliyi 57 ildə görməmişdim" - YouTube

Ağamirzə Məmmədov

Meyxanaçıların da məsələ ilə bağlı mövqeyini öyrəndik.  Meyxanaçı Ağamirzə Məmmədov “Yeni Müsavat”a söylədi ki, bütün bunlar əsassız söhbətlərdir: “Meyxana hara, İran hara? Bizim siyasətlə, İranla nə işimiz var? Başımızı aşağı salıb, meyxanamızı deyirik. Deyəndə də dindən, Allahdan, peyğəmbərdən, imamdan deyirik. Digər meyxanaçılar da belə bir təbliğat aparmır, bu barədə söhbət belə gedə bilməz. Bizim Azərbaycanımız var, bu qədər qəhrəmanımız, Vətən uğrunda savaşan şəhidlərimiz var, onlar haqqında meyxana deyirik. Bizim özümüzə başımız qarışıb, belə söhbətlər yoxdur”.

Meyxana haqqinda, 2015 musiqili meyxana en yeni, Yeni 2015 meyxanalar,  Meyxana ve bediyye, 2015 deyishme meyxanalar, Balabey Gulaga cavid reshad  dagli Perviz bulbule 2015 deyishme, » Səhifə 12

Balabəy Ağayev

Meyxanaçı Balabəy Ağayev da iddialara cavab verdi: “Əlbəttə, səhv fikrilərdir. Meyxanaçıların İranla nə bağlılığı ola bilər ki?! Meyxanaçılar şeiriyata bağlı ola bilər, haqqa bağlı ola bilər. Amma o demək deyil ki, İran haqdır. Haqq ona deyilir ki, o aradan getmir. Ola bilər, İran bu gün-sabah aradan getsin, o haqq ola bilməz. Bizim söykəndiyimiz yer dahilərimizdir, onlar da şeirlərində əhli-beytə, peyğəmbərə (s), 14 məsuma, yəni bizim mənəvi dəyərlərimiz olan insanlarımıza şeirlər yazıblar. Meyxanaçılar da o yolu davam etdirirlər. Bunun İranla heç bir bağlılığı yoxdur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR