İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Dəməşqdə yeni konsulluq binası açdı

506 09.04.2024 00:42 Dünya A A

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Suriyanın paytaxtı Dəməşqdə əvvəlki binanın İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində dağıdılmasından sonra yeni konsulluğu açıb.

Bu barədə İranın SNN telekanalı məlumat yayıb.

İran XİN rəhbəri deyib: “Biz şadıq ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin yeni binasının açılışı Suriyanın görkəmli xarici işlər nazirinin iştirakı ilə baş tutub”.

Qeyd edək ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtında İran səfirliyinin yaxınlığındakı binaya zərbələr endirib. Hücum nəticəsində konsulluğun binası dağıdılıb, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinin komandirləri, generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi öldürülüb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR