İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran Azərbaycanla bağlı ciddi səhvə yol verməz”-Hərbi ekspert  

541 11.09.2023 18:24 Siyasət A A

 

“İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması haqda yayılan məlumatlar erməni mənbələri tərəfindən bilərəkdən ortaya atılmış yalan və təxribatdır. Bu iddiaların yalan olduğunu İran rəsmiləri artıq bəyan ediblər”.

Musavat.com-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, heç bir narahatlığa əsas yoxdur. O xatırladıb ki, İran dəfələrlə sərhəddə qoşun yığıb, Azərbaycan isə etirazını bildirib: “İran zaman-zaman belə addımlar atır, qoşunlar sərbəst hərəkət edirlər. Qardaş Türkiyə amili olduğu üçün İran ciddi səhvə yol verməz. Bir dəfə 44 günlük Vətən müharibəsi dövründə sərhədə qoşun yığmışdılar. Buna görə hücum əməliyyatları bir neçə gün yubanmışdı. Qısa zamanda bunun səhv addım olduğunu anladılar”.

Ekspertin fikrincə, İran bəzən Ermənistanın mövqeyindən çıxış etsə də, Azərbaycanın kifayət qədər gücü və imkanları var: “Hər şey Silahlı Qüvvələrimizin nəzarəti altındadır. O ki qaldı Ermənistanın Qərbi regiona gətirmək cəhdlərinə, Ermənistan hər zaman başqa dövlətlərin əlində alət olub. Ermənistan dəfələrlə Fransa, ABŞ-ın maraqlarını təmsil edib. O cümlədən beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək cəhdləri olub. Azərbaycan daxili məsələlərlə məşğul olmalı, digər məsələləri isə nəzarətdə saxlamalıyıq”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR