İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ helikopterini qəsdən vurmayıb - Son dəqiqə açıqlaması

508 10.06.2026 00:45 Dünya A A

Hörmüz boğazında ABŞ hərbi aviasiyasının uçuşları fonunda baş vermiş insidentlə bağlı yeni təfərrüatlar məlum olub. Bölgədə hərbi toqquşma riskini artıran hadisənin pərdəarxası səbəbləri barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, "Al Arabiya" telekanalının öz etibarlı mənbələrinə istinadən yaydığı məlumata görə, İran tərəfi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopteri qəsdən vurmağı planlaşdırmayıb.

Mənbələr qeyd edir ki, sözügedən insident "qeyri-iradi" olaraq və sırf "Hörmüz boğazı ətrafında yaranmış gərginlik səbəbindən" baş verib. Telekanalın həmsöhbətləri onu da xüsusi vurğulayıblar ki, yaşanan bu hadisəyə baxmayaraq, İran tərəfi yaranmış böhranın nizamlanması üçün ABŞ ilə birbaşa danışıqlar aparmaqdan imtina etmir və dialoqa açıqdır. Ekspertlərin fikrincə, Tehranın bu mövqeyi regionda vəziyyətin irimiqyaslı müharibə fazasına keçməməsi üçün atılan bir addımdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR