İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan sağlamlığına yeni TƏHLÜKƏ

353 01.08.2024 16:08 Yaşam A A

Mikroplastik ağcaqanadların bağırsaqlarına təsir edərək onların immunitetini zəiflədir. Bu isə həşəratların malyariya, denqe qızdırması kimi xəstəliklərə yoluxmasının artmasına gətirə və beləliklə insanlara daha çox ötürməsinə səbəb ola bilər.

Bu barədə rusiyalı alimlər xəbərdarlıq ediblər.

Mütəxəssislər, ümumiyyətlə, ağcaqanadların inkişafının bütün mərhələlərində yaşama qabiliyyətinin kifayət qədər yüksək olduğunu vurğulayıblar.

"Bununla belə, biz gördük ki, mikroplastikin aşağı konsentrasiyaları ağcaqanad sürfələrində immunitetin zəifləməsinə səbəb olur", - deyə elm adamları vurğulayıblar.

Alimlər həşəratların immunitetinin azalmasının mümkün səbəbi kimi onların bağırsaqlarının mikroplastik hissəcikləri ilə tıxanması ilə bağlayırlar.

"Bu, bağırsaq toxumalarının mikro zədələnməsi, həmçinin mikrobiotanın strukturu və tərkibində dəyişikliklərlə müşayiət oluna bilər. Bu dəyişikliklər ağcaqanad sürfələrinin insektisidlərə və patogenlərə qarşı davamlılığına əhəmiyyətli dərəcədə təsir göstərir. Bir tərəfdən, bu, ağcaqanadların zəhərli preparatlara qarşı daha həssas olmasına səbəb olacaq, digər tərəfdən isə həşəratların sonradan insana ötürülə biləcək müxtəlif parazitar və yoluxucu xəstəliklərə yoluxmasının artmasına gətirib çıxaracaq", - deyə onlar xəbərdarlıq ediblər.//Medicina.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR