İnsanlara hürriyət, millətlərə istiqlal!

"İnsan haqları ilə bağlı qurumlarda Fransanın söz haqqında yenidən baxılmalıdır"-Millət vəkili

439 13.03.2023 17:25 Siyasət A A

 

“Bu qərar Fransanın neofaşist, müstəmləkəçilik mahiyyətini nümayiş etdirir. XXI əsrdə xalqların öz müstəqilliyini əldə etmək üçün apardığı mübarizənin fonunda bu qərar XVIII əsrə qayıtmağın təzahürüdür”.

Bunu millət vəkili Fəzail Ağamalı Musavat.com-a açıqlamasında deyib. O bildirib ki, Makron hakimiyyəti illərində yeni müstəmləkəçilik xəttini göstərir: “Azadlığını əldə etmiş xalqlar belə Fransanın təhdidi ilə üzləşirlər. Bir xalqa öz dilində danışmağı qadağan edən Makron hakimiyyəti başqa ölkələrdə gedən proseslərə eyni düşüncə ilə yanaşır. Bu, xüsusilə Azərbaycana münasibətdə açıq görünür. Fransa utanmadan, faktlara söykənmədən Azərbaycanı hər addımda təhdid edir, ölkəmizə böhtan və qərəz yağdırır. Azərbaycan ərazisində 30 il ərzində törədilmiş vandalizm, 1988-1989-cu illərdə 300 mindən çox vətəndaşımızın doğma evlərindən didərgin salınması, deportasiya zamanı törədilən qətliamları isə Fransa hökuməti nəzərə almır, əksinə, guya azərbaycanlıların ermənilərə qarşı soyqırım törətməsini, Laçın-Xankəndi yolunun bağlanması  kimi əsası olmayan iddiaları BMT səviyyəsinə qaldırır.

resize.php (1).jpg (61 KB)

Bəşəri dəyərlərə zərbə vuran Fransa təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Bəzən ayrı-ayrı məsələlərə veto qoyur. Bu, ədalətsizlik, haqsızlıqdır. Bəzən isə faşist Ermənistanı müdafiə etmək üçün Azərbaycana qarşı sanksiyalar tətbiq olunması ilə bağlı qətnamələr təqdim edir. Böyük Britaniya, eləcə də Qoşulmama Hərəkatının üzvləri Fransanın bu cəhdlərinin qarşısını alırlar. Fransaya ümumbəşəri təzyiq olmalıdır. Nəinki, BMT-nin Təhlükəsizlik Şurasından, həm də insan haqlarını müdafiə edən qurumlarda da Fransanın söz haqqına yenidən baxılmalıdır”.  

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR